İnvestorlar Tesla-nın hesabatını və robotaxi xəbərlərini bəyənmədilər, səhmləri dəyər itirdi
Tesla şirkətinin səhmləri 12% ucuzlaşaraq 216,36 dollara düşüb.
Marja xəbər verir ki, elektromobillər istehsalçısının ikinci rübdə xalis mənfəəti keçən ilin eyni dövründəki 2,7 milyard dollarla müqayisədə 45% azalaraq 1,48 milyard dollar təşkil edib. Dividend hər səhm üçün 0,52 dollara (-43%) düşüb.
İkinci rübdə Teslanın gəliri 2% artaraq 25,5 milyard dollar olub.
CNBC-nin verdiyi məlumata görə, şirkət süni intellekt infrastrukturuna investisiya yatırdığı üçün Tesla-nın xərcləri kəskin şəkildə artır. Tesla şirkəti elektrik avtomobillərini sürücüsüz avtomobillərə çevirmək, fabrik əməliyyatlarını və digər funksiyaları yerinə yetirə bilən insanabənzər robotları inkişaf etdirir. Şirkətin rəhbəri İlon Mask (Elon Musk) illərdir ki, Tesla-nın proqram yeniləmələri vasitəsilə elektrik avtomobillərini sürücüsüz avtomobillərə çevirəcəyinə söz verir.
Tesla-nın baş direktoru İlon Mask bildirib ki, robotaxi təqdimatı ilkin planlaşdırılandan (8 avqust) təxminən iki ay sonra baş tutacaq. Teslanın oktyabrın 10-da robotaksini təqdim edəcəyi gözlənilir və göstərilən avtomobillər yalnız prototiplər olacaq. Gələcəkdə şirkət öz xüsusi taksi proqramı vasitəsilə tam avtonom gəzintilər təklif etməyi planlaşdırır.
Tesla, həmçinin satışları artıra biləcək daha sərfəli elektrik avtomobil modellərinin istehsalına gələn ilin birinci yarısına qədər başlamayacağını bildirib.
Bunlardan başaq, Meksikada zavodun tikintisi ilə bağlı yekun qərar ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərinin nəticələrinə qədər təxirə salınıb.
"Tramp Meksika istehsalı olan avtomobillərə yüksək tariflər tətbiq edəcəyini söylədi, ona görə də belə olarsa, Meksikaya böyük sərmayə qoymağın mənası yoxdur", - Elon Musk bildirib.
Şirkət satışın sayına görə də ötən ildən geri qalır. 2023-cü ildə Tesla cəmi 1,8 milyon ədəd elektromobil tədarük edib. İstehsalçı 2024-cü ildə artımın “əhəmiyyətli dərəcədə aşağı” olacağını təsdiqləyib.
İkinci rübdə Tesla bazara 443 min 956 ədəd elektrik avtomobili tədarük edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% azdır. Elektromobil istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 14,3% azalaraq 410 min 831 ədəd olub.
2024-cü ilin birinci rübünün sonunda Tesla sata biləcəyindən 46 min 560 ədəd çox avtomobil istehsal edib. Bu, şirkəti qiymətləri aşağı salmağa vadar edib. Bloomberg satışların aşağı düşməsini ABŞ-da alıcıların hibridlərin xeyrinə daha bahalı elektrik avtomobillərindən imtina etməsi ilə əlaqələndirib. Ümumilikdə, Tesla birinci rübdə 433 mindən çox avtomobil istehsal edib və təxminən 387 mini təhvil verib.
Çində elektrikli avtomobillərinin satışını artırmaq üçün Tesla aprel ayında müştərilərinə beş illik sıfır faizli maliyyələşdirmə təklif etməyə başlayıb. Təklif iyunun sonuna qədər qüvvədə olmalı idi, lakin şirkət onu avqustun 31-dək uzadıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 7 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Norm 3-cü dəfə beynəlxalq tədbirə ev sahibliyi edəcək
Rəsmi məzənnələr açıqlandı
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Ən çox oxunanlar
Liviyada 20 milyard dollarlıq neft sazişi
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat





















