“Qadın Dəstək Xətti”nə ilk yarım ildə 412 müraciət daxil olub
Azercell-in təşəbbüsü ilə yaradılan xidmət böhran və sosial təhlükəli vəziyyətdə yaşayan, fiziki və ya psixi zorakılıqla üzləşən qadınlara yardım edir(®) “Qadın Dəstək Xətti” 2024-cü ilin yanvar-iyun ayları üzrə hesabatını açıqlayıb. Xidmətə qeyd olunan dövrdə 412 müraciət daxil olub.
Müraciətlər hüquqi yardım (163), boşanma (45), sosial-maddi rifah (39), məişət zorakılığı (34), sığınacaqla təmin olunma (21), əməyin istismarı (15), səhiyyə hüququnun təmin edilməsi (9), kiberbullinq (7) və digər mövzuları (79) əhatə edib.
“Qadın Dəstək Xətti”nin əsas məqsədi effektiv psixoloji, emosional və sosial dəstəyin təşviq edilməsi və zorakılıq qurbanlarının reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına kömək etməkdir. Bunun üçün onlar hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara, hüquqi məsləhət verən QHT-lərə yönləndirilir.
“Qadın Dəstək Xətti”nə müraciət edənlər peşəkar işçi heyəti tərəfindən hüquqi, tibbi xidmətlərə çıxış, məşğulluqla bağlı məlumatlandırılma, həmçinin ailə və yaşayış şəraitinin qiymətləndirilməsi əsasında sosial dəstəklə təmin olunurlar. Eləcə də qadınlar mərkəzin psixoloqları, sosial işçi və hüquqşünasları tərəfindən icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara yönləndirilir, hüquqi məsləhət alırlar. Müraciətlər müvafiq dövlət qurumları, yerli strukturlar və sosial xidmət müəssisələri ilə əməkdaşlıq çərçivəsində həllini tapır.
Azercell-in təşəbbüsü və dəstəyi ilə yaradılan “Qadın Dəstək Xətti” ağır psixoloji duruma düşən, böhran və sosial təhlükəli vəziyyətdə yaşayan, fiziki və ya psixi zorakılıqla üzləşən qadınlara hərtərəfli yardım göstərmək istiqamətində fəaliyyət göstərir. Layihə “Ümidli Gələcək” İctimai Birliyinin komandası tərəfindən icra edilir.
24 saat xidmət göstərən “Qadın Dəstək Xətti”nə 116111 qısa nömrəsi, “Facebook” və “Instagram” sosial şəbəkələri, həmçinin “Ümidli Gələcək” İctimai Birliyinin veb-saytındakı canlı çat vasitəsilə müraciət etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
4 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 6 saat əvvəl
-
6 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















