Türkiyədə 100 və 200-lük əskinasların payı 95%-ə çatıb
Türkiyədə yüksək inflyasiya əhalinin alıcılıq qabiliyyətini kəskin azaldıb. Son 10 ildə istehlak qiymətləri indeksi 10 dəfə artıb. Məsələn, 10 il əvvəl orta hesabla 100 lirəlik alış-veriş üçün bu gün 1000 lirə xərcləmək lazım gəlir.
Marja xəbər verir ki, mal və xidmətlər daha yüksək qiymətə satıldığı üçün bazarda ən yüksək dəyərli əskinas olan 200-lük əskinasa tələb 2021-ci ildən sonra sürətlə artıb. 2017-ci ildə tədavüldə olan əskinasların 25 faizi 200 nominalda olan əskinaslar idi. 2021-ci ilin sonunda bu nisbət 40 faizə, bu gün isə 76 faizə çatıb. Bu, 200-lərin indiyədək çatdığı ən yüksək səviyyədir.
2021-ci ildə tədavüldəki payı 50 faiz olan 100 lirəlik əskinasların payı bu günlərdə 19 faizə düşüb və bu, indiyə qədər görülən ən aşağı səviyyədir.
Beləliklə, iki ən böyük əskinasın (200 və 100 nominalda) bazardakı payı 95 faizə çatıb.
Digər tərəfdən, 50 lirəlik əskinasların payı 3 faizə; 20 və 10 lirəlik əskinasların payı hər biri üzrə 1 faizə qədər azalıb.
Pul daşımağın getdikcə çətinləşməsi Türkiyədə tez-tez yeni 500 və 1000 TL-lik əskinasların nə vaxt çap ediləcəyi mövzusunu gündəmə gətirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
















