Dünya nəhəngi iflas müraciətini etdi
Honda, Ford, Toyota, Volkswagen, Mercedes, BMW, Audi, Mazda, Mitsubishi, Mazda, Chrysler kimi bir çox avtomobil şirkəti üçün təhlükəsizlik yastığı istehsal və tədarük edən Yaponiyanın Takata şirkətinin iflas müraciəti etdiyi bildirilir.
"Marja" xəbər verir ki, yastığın açılma mexanizminə aid nasosda ammonium nitrat kimyəvi maddəsinə görə baş verən partlayışlar nəticəsində dünya üzrə 16, o cümlədən ABŞ-da 11 nəfər həyatını itirmiş və 180-dan çox adam yaralanmışdır.
Xətalı təhlükəsizlik yastıqları sözügedən şirkətlərin 2013-ci ildən bu yana milyonlarla avtomobilləri geri çağırmalarına səbəb olmuşdur. Yalnız ABŞ daxilində 19 avtomobil istehsalçısına məxsus 42 milyon avtomobilin, bütün dünyada da 100 milyon avtomobilin geri çağırılması şirkətlərə böyük zərbələr vurmuşdur. Yapon nəhəngi Takata-da da rəsmi istintaq ilə bərabər, avtomobil şirkətlərnin məhkəmələrə müraciətləri ilə qarşı-qarşıya qalmışdır.
Fevral ayında 1 milyard dollar cəriməyə məhkum edilən Takata, qurbanlara da 125 milyon dollar ödəməyə mahkum edilib. Lazım gələrsə əmlakını satmağı qəbul edən Takata-nın iqtisadi öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkdiyi üçün rəsmən iflas müraciəti etdiyi bildirilir.
Dünən Tokio Birjasında Takata şirkətinin səhmləri 16.5 faiz ucuzlaşaraq 404 yenə (3.6 dollar) düşüb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
-
12 d. əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
18 d. əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı























