Azərbaycan bankı istiqraz ilə 30 milyon dollar da cəlb edir - ŞƏRTLƏR
“Kapital Bank” ASC 30 milyon ABŞ dolları məbləğində istiqrazlar buraxıb.
Marja.az xəbər verir ki, faizli, təmin edilməmiş sənədsiz, adlı subordinasiya istiqrazların hər birinin nominal dəyəri 100 ABŞ Dolları, sayı 300 000 ədəddir.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 7 faiz təşkil edir.
İstiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül dövründə (buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 7 il müddətində) hər 90 təqvim gününün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq ödənil’əcəkdir.
İstiqrazların geri satın alınması ilə bağlı Emitent tərəfindən öhdəlik nəzərdə tutulmur.
İstiqrazlar yerləşdirildiyi tarixdən 2 il sonra Emitent tərəfindən istiqrazların geri çağrılması hüququ qüvvəyə minəcəkdir. Emitent bu hüquqdan istifadə etdikdə istiqrazların geri çağrılması haqqında geri çağrılma tarixindən 1 ay öncədən istiqraz mülkiyyətçilərinə Emitentin və BFB-nın rəsmi saytları vasitəsilə məlumat veriləcəkdir. Bu zaman hər müştərinin mülkiyyətində olan payına mütənasib qaydada istiqrazların nominal dəyəri və çağırılan günə toplanmış faizlər ödəniləcəkdir.
“Kapital Bank” istiqraz təklifinin səbəbləri və istiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitlərin istifadə edilməsi barədə də məlumatlar açıqlayıb. Qeyd edilib ki, bu istiqrazların buraxılışı mütəşəkkil kapital bazarından sərbəst vəsaitlərin cəlb edilməsi ilə bankın aktivlərinin və pul vəsaitlərinin resurs bazasının diversifikasiyasının artırılması, eləcə də Azərbaycan Respublikasının qiymətli kağızlar bazarının inkişafına töhfə vermək məqsədi ilə həyata keçiriləcəkdir. Emissiyadan əldə olunan vəsait bankın strateji hədəflərinin reallaşdırılması, bazar nüfuzunun və bazar payının artırılması, eləcə də xarici mühitdə yaranacaq hər cür dəyişikliyə cəld və effektiv uyğunlaşmanın təmini üçün lazımi resursların və mexanizimlərin təkmilləşdirilməsinə investisiya olacaq. Əlavə olaraq, ölkə daxilində sərfəli və keyfiyyətli bankçılıq xidmətləri təklif etməklə regionlarda real iqtisadiyyatın maliyyələşdirilməi, bölgələrdə iqtisadi rifahın və məşğulluğun artırılmasına müsbət təsir göstərəcəkdir. Emitentin fəaliyyəti nəticəsində əldə edilmiş gəlirlər Emitentin kapitallaşdırılmasına yönəldiləcək və pul vəsaitlərinin resurs bazasının fərqləndirilməsinə imkan yaradacaqdır.
İstiqrazların yerləşdirilməsi “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-yə həvalə olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























