“PAŞA Kapital” 30 milyon dollarlıq “Kapital Bank” istiqrazlarını yerləşdirdi
(®) 11 iyun 2024-cü il tarixində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayteri olduğu “Kapital Bank” ASC-nin istiqrazları abunə yazılışı üsulu ilə birjaya yerləşdirilib. Qiymətli kağızların buraxılış həcmi 30 000 000 ABŞ dolları təşkil edir.
Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazlar premium bazar seqmentində listinqə daxil edilib. Qeyd edək ki, bu istiqrazlar subordinasiya borc şəklində, 7 illik tədavül müddətilə buraxılır. İstiqrazların ödəmə periodu ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 90 (doxsan) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq təyin edilib.
“Bakı Fond Birjası” QSC-nin ticarət platformasında həyata keçirilmiş və 24 iyun 2024-cü il tarixində yekunlaşmış abunə yazılışında hərrac zamanı 3 hüquqi və 29 fiziki şəxs olmaqla, 32 investor tərəfindən sifariş yerləşdirilmişdir. Yerləşdirmədə bir istiqraz üzrə qiymət 100 (yüz) ABŞ dolları təklif edilməklə, 32 sifariş təqdim olunub. Sifarişlərin ümumi məbləği 30,000,000 dollar təşkil etmişdir.
Qeyd edək ki, hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi 18,397,000 dollar (61%), fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi isə 11,603,000 dollar (39%) olmuşdur.
Gəlirliliyi 7% olan qiymətli kağızların hər birinin nominal dəyəri isə 100 ABŞ dollarıdır. 32 investor tərəfindən 30 000 000 ABŞ dolları dəyərində reallaşdırılmış istiqrazlar üzrə ödəmə 24.06.2031 tarixində baş tutacaq.
Dollarda rəqabətli gəlirlilik təklif edən “Kapital Bank” istiqrazlarını əldə etmək istəyən investorlar “PAŞA Kapital”a https://www.pashacapital.az/ rəsmi saytı və ya 1548 nömrəsi ilə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























