Kapital Bank-ın dəstəyi ilə “Bakı Yayı-2024” turniri keçirilib
(®) Ölkənin birinci bankı Kapital Bank-ın Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində “Bakı Yayı-2024” intellektual oyunlar kuboku baş tutub. 6-11-ci sinif şagirdlərinin iştirak etdiyi yarışma “Nə? Harada? Nə zaman?” və “Breyn Rinq” formatında keçirilən intellektual oyunları əhatə edib. Yarışmada respublika çempionatını uğurla başa vurmuş, Bakı və Sumqayıt şəhərlərini təmsil edən 16 ən yaxşı komanda mübarizə aparıb.
İntellektualların gərgin mübarizəsində Sumqayıt şəhərini təmsil edən “Dahilər” komandası “Nə? Harada? Nə zaman?”, Bakı şəhərini təmsil edən “Zəkalar Sr” komandası isə “Breyn Rinq” oyunu üzrə birincilik əldə edib. Zəkalar Sr” komandası eyni zamanda “Bakı yayı-2024” intellektual oyunlar üzrə də yarışın ümumi qalibi adına layiq görülüb.
Sonda yarışın qalibləri və iştirakçıları kubok, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, Kapital Bank korporativ sosial məsuliyyət yönümlü fəaliyyətinə uyğun olaraq Elm və Təhsil Nazirliyi ilə mütəmadi əməkdaşlıq edir, intellektual oyunları və təhsil layihələrini dəstəkləyir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
6 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
7 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 8 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır






.jpg)





.jpg)



.jpg)






