Azərbaycan bankı istiqraz ilə 30 milyon dollar cəlb edir - İLLİK 7% ÖDƏYƏCƏK
İstiqrazlar üzrə kupon gəlirliliyi illik 7 faiz təşkil edir"Kapital Bank" ASC istiqraz buraxılışı yolu ilə 30 milyon dollar cəlb edir.
Marja.az xəbər verir ki, Azərbaycanın 3 ən böyük böyük bankından biri olan "Kapital Bank" hər birinin nominal dəyəri 100 ABŞ Dolları olan 300 000 ədəd faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazları buraxıb.
İstiqrazlar üzrə gəlirlilik illik 7 faizdir.
İstiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül dövründə (buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 7 il müddətində, ildə günlərin sayı 360 olaraq götürülməklə) hər 90 təqvim gününün başa çatması tarixindən növbəti 3 iş günündən gec olmayaraq ödənilir. Ödənişlər bank hesabları vasitəsilə nağdsız qaydada həyata keçirilir. Sonuncu kupon ödənişi tədavül müddətinin sonunda istiqrazların nominal dəyəri ilə birlikdə ödəniləcəkdir
İstiqrazlar yerləşdirildiyi tarixdən 2 il sonra Emitent tərəfindən istiqrazların geri çağrılması hüququ qüvvəyə minəcəkdir. Emitent bu hüquqdan istifadə etdikdə istiqrazların geri çağrılması haqqında geri çağrılma tarixindən 1 ay öncədən istiqraz mülkiyyətçilərinə Emitentin və BFB-nın rəsmi saytları vasitəsilə məlumat veriləcəkdir. Bu zaman hər müştərinin mülkiyyətində olan payına mütənasib qaydada istiqrazların nominal dəyəri və çağırılan günə toplanmış faizlər ödəniləcəkdir.
Hazırda "Kapital Bank"ın dövriyyədə 70 milyon dollarlıq istiqrazları mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















