"ADY-nin törəmə şirkətlərinin payı bazarda cəmi 32 faiz təşkil edir"
"Ekspeditor fəaliyyəti növü beynəlxalq təcrübədə geniş yayılıb. MDB məkanında və Avropanın bir çox ölkələrində dəmiryol administrasiyaları yüklərin daşınması üzrə ekspeditor fəaliyyətini törəmə şirkətləri və müəyyən şərtlərə cavab verən özəl agent-ekspeditorlar vasitəsilə həyata keçirir. Bir neçə nümunə göstərmək olar: “Rusiya Dəmir Yolları” ASC-nin törəmə şirkəti olan “RZD Logistics” SC, “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin törəmə şirkəti olan “KTZ Express” SC, “Gürcüstan Dəmir Yolları” SC-nin törəmə şirkəti olan “GR Logistics and Terminals” MMC, “Estoniya Dəmir Yolları”nın (“Eesti Raudtee”) törəmə şirkəti olan “AS Operai”, “Latviya Dəmir Yolları” DSC-nin törəmə şirkəti olan “LDz Cargo” MMC ilə birlikdə bir çox özəl agent-ekspeditorlar ekspedisiya müqaviləsi əsasında fəaliyyət göstərir. Yükdaşımalarla bağlı ADY ilə həm törəmə, həm də özəl agent-ekspeditor şirkətləri vahid şərtlər, bərabər yanaşma və tariflər əsasında əməkdaşlıq edir".
Marja xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri Emil Məmmədov bildirib.
Onun sözlərinə görə, bunun nəticəsidir ki, hazırda ADY-nin törəmə şirkətlərinin payı bazarda cəmi 32 faiz təşkil edir:
"Burada vacib bir məqama toxunmaq istərdim. İstənilən ekspeditorun protokol, endirim və digər güzəştlərlə bağlı müraciətinə baxıldıqdan sonra ekspeditora görə deyil, məhz marşrut və yük növü üzrə endirim təqdim olunur. ADY-nin yükdaşımalar sahəsində tarif siyasəti MDB-yə üzv ölkələrin dəmir yollarının beynəlxalq yük daşımaları üzrə tarif siyasəti əsasında müəyyən edilir. Onu da qeyd edim ki, ADY-nin törəmə şirkətləri zərurət yarandıqda bazarda “marketmeyker” funksiyasını da yerinə yetirir. Bununla da xidmətlərin son müştəriyə ADY-nin təqdim etdiyi tariflərdən fərqli, böyük marja ilə satılmasının, yəni süni qiymət (tarif) artımının qarşısı alınır. ADY-nin törəmə şirkətləri əvvəlcədən müəyyən edilmiş, bazar reallıqlarını əks etdirən və sonuncu müştəri üçün sərfəli olan qiymətləri stabil olaraq saxlaya bilir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
45 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
49 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib






.jpg)







.jpg)






