“Express Lombard”ın səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək - TARİX
29 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Express Lombard” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti-listinqə daxil edilmişdir.
Birjanın yaydığı məlumata görə, qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 7 iyun 2024-cü il tarixindən başlayıb 3 (üç) iş günü davam edəcəkdir.
Qeyd edək ki, mövcud səhmdar öz payına mütənasib qaydada səhmləri almaqda üstünlük hüququna malikdir.
Kütləvi təklif olunan səhmlərin yerləşdirilməsi aşağıdakı ardıcıllıqla həyata keçiriləcəkdir:
• İlk 2 iş günü ərzində üstünlük hüququna malik olan səhmdarlar arasında səhmlərin yerləşdirilməsi;
• Digər investorlara səhmlərin yerləşdirilməsi.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: “Express Lombard” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001025894
Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı
Səhmlərin sayı: 5,000 (ədəd)
İlkin ticarət qiyməti: 200 manat
Buraxılış həcmi: 1,000,000 manat
Anderrayter: “Capital Partners İ.Ş” QSC
Ticarətə buraxılma tarixi: 07.06.2024
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















