Çempion şahmatçılar “Sirab”ı seçdi
“Sirab” Azərbaycan şahmatçıları ilə rəsmi su sponsoru müqaviləsi imzaladı(®) Bu gün "Sirab" brendinin Azərbaycan Şahmat Federasiyası ilə tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirildi.
Mərasimdə "Sirab"ın qurucu təsisçilərindən Alper Yaycılı, marketinq şöbəsinin rəhbəri Nərmin Məmmədova, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və AŞF-nin Birinci Vitse-Prezidenti Faiq Həsənov iştirak etdilər.
Tədbirin əvvəlində su sponsorluğu rəsmiləşdirildi. Müqaviləni Alper Yaycılı və Mahir Məmmədov imzaladı. İmza mərasimində Alper Yaycılı bu tərəfdaşlığın şirkət üçün xüsusi əhəmiyyət daşıdığını vurğuladı: "Azərbaycan şahmat dünyasında öncül ölkələrdən biridir və biz “Sirab” olaraq belə bir möhtəşəm idman növünü dəstəkləməkdən qürur duyuruq. Azərbaycan Şahmat Federasiyası ilə əməkdaşlığımız təsadüfi deyil. Bu tərəfdaşlıq, idmana olan sadiqliyimizin və Azərbaycan xalqının uğurlarına verdiyimiz dəyərin göstəricisidir.
Son dövrlərdə Azərbaycan şahmatçılarının qazandığı uğurlar bizim üçün böyük qürur mənbəyidir. Ülviyyə Fətəliyevanın şəxsi Avropa çempionatındakı qələbəsi bizi dərin sevincə bürüdü. Keçən il Bakıda keçirilən nüfuzlu Dünya Kuboku turnirində 80-dən çox ölkədən 309 şahmatçının məhz “Sirab”ı seçməsi bizi qürurlandırdı və bu, məhsulumuzun keyfiyyətini bir daha təsdiqlədi.
Biz inanırıq ki, su həyat mənbəyidir və sağlam həyat tərzinin vacib komponentidir. Şahmatçılarımızın yüksək səviyyəli performans göstərmələri üçün onların su ehtiyaclarını qarşılamaqdan məmnunuq. “Sirab” olaraq, Azərbaycanın gənc və istedadlı şahmatçılarının yanında olmaq və onlara dəstək vermək bizim üçün böyük əhəmiyyət kəsb edir.
Gələcəkdə də Azərbaycan Şahmat Federasiyası ilə birlikdə daha böyük uğurlara imza atacağımıza inanırıq. Rəsmi su tərəfdaşı olaraq, biz şahmatçıların yanında olmaq və onları ən yaxşı şəkildə dəstəkləmək üçün əlimizdən gələni edəcəyik. Dünya çempionlarının “Sirab”ı seçməsi ilə fəxr edə bilərik".
Tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov “Sirab”la əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirdi: “Sirab” ölkəmizin sevilən suyudu. Əməkdaşlığımız rəsmi müqavilədən öncə başlayıb. Ötən il Bakıda Dünya Kuboku keçirildiyi günlərdə “Sirab” şahmatçıların yanında oldu. Bir ay boyunca dünyanın aparıcı şahmatçıları “Sirab”ı seçdi. “Sirab” təkcə Azərbaycanda deyil, ölkədən kənarda da sevilir. Əməkdaşlığımızın uğurlu və uzun müddətli olmasını diləyirəm”.
Tədbirin sonunda AŞF rəhbərliyi Bakıdakı Dünya Kubokunda iştirak edən ulduz şahmatçıların imzaladığı şahmat lövhəsini “Sirab” kollektivinə hədiyyə edib. “Sirab” federasiyaya özəl hazırlanan kreativ hədiyyə verib. Şirkətin baş direktoru Alper Yaycılı AŞF rəhbərinə üzərində Azərbaycanın tanınmış şahmatçıları Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyevanın kiçik heykəlləri olan şahmat dəstini təqdim edib.
Əməkdaşlığa əsasən, Azərbaycan Şahmat Federasiyasının təşkil etdiyi şahmat yarışlarında “Sirab” brendi iştirakçıların su təminatçısı olacaq.
Qeyd edək ki, 70 ildən çox yaşı olan və dünya standartlarına cavab verən "Sirab" mineral suyu bir çox xarici ölkələrdə yüksək mükafatlara layiq görülüb. Təsadüfi deyil ki, Brüsseldə keçirilən “Beynəlxalq Möhtəşəm Dad Mükafatı”na ən yüksək dərəcə olan 3 ulduzla Azərbaycanın sevilən suyu Sirab layiq görülmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 gün sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
1 gün əvvəl
AYNA taksilərlə bağlı qaydaların dəyişdiyinə dair yayılan xəbərlərə aydınlıq gətirib
-
-
1 gün əvvəl
Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
-
1 gün əvvəl
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
-
1 gün əvvəl
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Macarıstanda Peter Magyarın qələbə qazanacağı proqnozlaşdırılır - Forint bahalaşır
-
1 gün əvvəl
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri dəyişib
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Aprelin 11-də gözlənilən hava şəraiti
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq























