“Unicapital” 2023-ci ilin maliyyə nəticələrini elan edib
“Unicapital İnvestisiya Şirkəti” ASC 2023-ci ilin maliyyə nəticələrini elan edib.
Şirkətin yaydığı press-relizdə bildirilir ki, illik gəlir ötən ilə nisbətdə 416 min artaraq 3 milyon 210 min manat olub.
Qeyd edilib ki, “Unicapital İnvestisiya Şirkəti” 2023-2025 strateji planı və qabaqcıl korporativ idarəetmə standartlarına uyğun olaraq aktiv inkişaf və institutsional möhkəmlənmə yolunu seçmişdir. Beləliklə, əldə olunan gəlirin əsas hissəsi şirkətin müəyyən etdiyi strateji inkişaf istiqamətlərinə uyğun olaraq risklərin idarə edilməsi, satış kanallarının inkişaf etdirilməsi və yeni rəqəmsal məhsulların yaradılmasına yönləndirilib. Bu səbəbdən sözü gedən istiqamətlərdə olan xərclərdə artım müşahidə edilmişdir. “Unicapital İnvestisiya Şirkəti” ASC 2023-cü ili 224 min manat xalis mənfəətlə başa vurub.
Mövcud biznes istiqamətləri üzrə fəaliyyətin genişləndirilməsi və yeni effektiv biznes istiqamətlərinin yaradılması fonunda haqq və komissiya gəlirləri 2023-cü ildə 21% artıb və 2 milyon 350 min manata yüksəlib.
Bütün bunların nəticəsində şirkətin cəmi aktivləri əvvəlki dövrlə müqayisədə 2 milyon manat artaraq, 20 milyon 426 min manat olub.
Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 100%-lik “Unibank” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















