BOKT "İnkişaf üçün Maliyyə"nin xalis mənfəəti azalıb
"İnkişaf üçün Maliyyə" Bank Olmayan Kredit Təşkilatı MMC 2023-cü ili 813 min manat xalis mənfəət ilə başa vurub. Kredit təşkilatı 2022-ci ili 1 milyon 63 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "İnkişaf üçün Maliyyə"nin xalis mənfəəti 250 min manat və ya 23,5% azalıb.
GƏLİRİ ARTIB
Marja.az xəbər verir ki, "İnkişaf üçün Maliyyə"nin faiz gəlirləri 2022-ci ildə 2 milyon 396 min manat ikən, 2023-cü ildə 2 milyon 998 min manata yüksəlib (602 min manat və ya 25,1% artıb).
KREDİT PORTFELİ 10 MİLYON SƏVİYYƏSİNİ KEÇİB
"İnkişaf üçün Maliyyə"nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 265 min manat və ya 14% artaraq 10 milyon 93 min manataçatıb.
MƏNFƏƏTİN AZALMASININ SƏBƏBİ
"İnkişaf üçün Maliyyə" Bank Olmayan Kredit Təşkilatı MMC-ni gəlirinin artmasına baxmayaraq xalis mənfəətinin azalması əsasən etimal olunan zərər üçün yaradılan ehtiyatdan azad olan vəsaitin düşməsilə əlaqədardır. Belə ki, ehtiyatdan qayıdan məbləğ 2022-ci ildə 1 milyon 129 min manat ikən, 2023-cü ildə 486 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 46 d. əvvəl
-
- 49 d. əvvəl
-
1 saat əvvəl
Birləşmiş Ərəb Əmirlikləri ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
-
1 saat əvvəl
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
-
3 saat əvvəl
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
-
3 saat əvvəl
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Trendyol”da Novruz endirimləri başlayır
“Prior Leasing”in nizamnamə kapitalı 60 % artırılıb
Avropada birja ticarətinin açılışında qazın qiyməti 20% artıb
Qızıl daha da bahalaşdı
Martın 3-də gözlənilən hava şəraiti
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qlobal bankdan Hörmüz boğazı ssenariləri
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir





















