Lizinq şirkəti zəmanətsiz istiqrazlarını alana illik 15 faiz ödəyəcəyini vəd edir
21 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə avtomobil lizinqi təklif edən "Legion Financial” ASC-nin ümumi dəyəri 1 milyon manat həcmində olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.
Abunə yazılışının başlanmasına ən azı 1 iş günü qalmış abunə yazılışının baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Assist Finance İnvestisiya şirkəti” ASC-dir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2003025460
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
İstiqrazın sayı: 1 000 ədəd
İlkin ticarət qiyməti: 1 000 manat
Buraxılış həcmi: 1,000,000 manat
İllik gəlirlilik faizi: 15%
Ödəmə Periodu: Yerləşdiyi tarixdən 30 gündən bir
Tədavül müddəti: 5 il
Anderrayter: “Assist Finance İ.Ş” ASC
Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
Qeyd edək ki, təmin edilməmiş istiqrazlar - onlardan irəli gələn öhdəliklər girovla, qarantiya ilə, həmçinin dövlət və ya bələdiyyə zəmanəti ilə təmin edilməyən istiqrazlardır. Təmin edilmiş istiqrazlar isə - onlar üzrə öhdəliklər girovla, qarantiya ilə, həmçinin dövlət və ya bələdiyyə zəmanəti ilə təmin edilmiş istiqrazlar hesab olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















