Yaxın Şərqdə geosiyasi risk artır, əmtələr bahalaşır
İsraildə kabinet dəyişikliyinin, İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında ölməsinin və Səudiyyə kralının səhhətinin pisləşməsinin bölgəyə yeni geosiyasi qeyri-müəyyənliklər gətirəcəyi gözlənilir.İsraildə kabinet dəyişikliyinin, İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında ölməsinin və Səudiyyə Ərəbistanı kralının səhhətinin pisləşməsinin Yaxın Şərqdə geosiyasi risklərin artması ilə nəticələnə biləcək yeni qeyri-müəyyənlikləri ortaya çıxaracağı gözlənilir.
Marja.az xəbər verir ki, İsrail müxalifətinin lideri olan, lakin Qəzzada əməliyyatlar üçün yaradılan Müharibə qərargahında vəzifə yerinə yetirən Benny Gantz, iyunun 8-dək Qəzza ilə bağlı yeni planın irəli sürülməyəcəyi təqdirdə istefa verəcəyini açıqlayıb. Gantz-ın istefası Müharibə qərargahının dağılması ilə nəticələnəcəyi gözlənilməsə də, bunun İsrailin baş naziri Benyamin Netanyahuya təzyiqləri artıracağı gözlənilir. Netanyahu sonuncu dəfə bazar ertəsi ABŞ Milli Təhlükəsizlik Şurasının sədri Jake Sullivan ilə görüşüb.
Digər tərəfdən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman Kral Salmanın səhhətinin pisləşməsi səbəbindən Yaponiyaya səfərini ləğv edib. Səudiyyə Ərəbistanının 88 yaşlı kralı Salman Bin Əbdüləziz ağciyər iltihabı səbəbindən xəstəxanaya yerləşdirilib.
Rəisi dünyasını dəyişdi
İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın da olduğu İran rəsmilərini daşıyan helikopterin qalıqları tapılıb, Rəisi və Abdullahianın həyatını itirdiyi təsdiqlənib.
Saatlarla davam edən axtarışlardan sonra İran dövlət televiziyası bu səhər dağıntıların ətrafında həyat əlamətinin olmadığını bildirib. Bölgədəki güclü duman səbəbindən axtarış-xilasetmə işləri ləng gedirdi.
İranın ruhani lideri Ayətullah Əli Xamenei qəzadan sonra verdiyi açıqlamada ölkənin fəaliyyətində heç bir ləngimə olmayacağını bildirib.
İran prezidenti İbrahim Rəisi Azərbaycan prezidenti İlham Əliyevlə iki ölkə sərhədində bəndin açılışını edib. Daha sonra qayıdış yolunda Rəisinin helikopteri İranın Şərqi Azərbaycan əyalətində çətin relyefli ərazidə qəzaya uğrayıb.
Əmtəələr bahalaşıb
Qızıl ABŞ Mərkəzi Bankının (FED) bu il faizləri aşağı salmağa başlayacağı proqnozları və Rəisinin helikopter qəzasının yaratdığı geosiyasi risklə bütün zamanların ən yüksək səviyyəsinə yüksəldib. Asiya əməliyyatlarında qızılın bir unsiyası 1,1 faizədək bahalaşaraq 2442 dollar olmaqla yeni rekorda çatıb.
Analitiklər bildirirlər ki, İrandan gələn xəbər axınına görə, investorlar mövqelərini azaltmaq (satış etmək) istəmirlər.
Digər tərəfdən, məhdud təklif gözləntisi ilə son aylarda yüksələn mis qiymətləri yeni pik həddinə çatıb. LME fyuçers bazarında mis 4,1 faizədək bahalaşaraq 11 104,5 dollard olmaqla rekord qırıb.
Brent neftin qiyməti 0,5% artaraq 84,36 dollara yüksəlib.
Müştərilərin xəbərləri
Sabit gəlir axtaran investorlar üçün yeni imkanlar: ABB mobile-da ABŞ istiqrazları ilə tam rəqəmsal ticarət!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
9 d. əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 1 saat əvvəl
-
2 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu bankın kredit portfeli 50 milyon manatdan çox artaraq 700 milyon manatı aşıb
-
2 saat əvvəl
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
-
2 saat əvvəl
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
-
3 saat əvvəl
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ən çox oxunanlar
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb
Bakı Fond Birjası və “PwC Azərbaycan” anlaşdı
Azərbaycanda 17 bankın öhdəlikləri artıb - SİYAHI
Dövlət universiteti “Yüksək Texnologiyalar Mərkəzi”ni yaradır - 10 MİLYON MANATLIQ TENDER



















