BYD satışını 20 faiz artırmağı hədəfləyir
Çinin elektrikli avtomobil (elektromobil) istehsalçısı BYD 2024-cü ildə satışlarını 20 faiz artırmağı hədəfləyir.
Marja xəbər verir ki, Reuters-in mövzu ilə bağlı məlumatlı mənbələrə istinadən yaydığı məlumata görə, BYD 2024-cü il üçün 3,6 milyon ədəd satış hədəfi müəyyən edib. Bu rəqəm ötən ilin rekord satışı ilə müqayisədə 20 faiz artım deməkdir. BYD 2023-cü ildə 3 milyondan çox avtomobil satıb.
Mənbələr həmçinin bildirib ki, BYD-nin sədri Vanq Çuanfu (Wang Chuanfu) çərşənbə günü investor yığıncağında etdiyi çıxışda dünyanın ən böyük elektrik avtomobil istehsalçısının bu il xaricə 500 min avtomobil satmağı hədəflədiyini və 2025-ci ildə bir milyona çatmaq istədiyini bildirib.
Vanq açıqlamaları, çərşənbə axşamı BYD-nin iki il ərzində ən yavaş rüblük mənfəət artımını bildirməsindən sonra edib.
BYD keçən ilin sonunda Teslanı keçərək dünyanın ən böyük elektrik avtomobil satıcısı olub. Bundan əlavə, şirkət rəqabət baxımından rəqiblərini narahat edən Avstraliya kimi xarici bazarlara aqressiv genişlənməyə başlamışdır.
Müstəqil marka qiymətləndirmə konsaltinq firması Brand Finance-in 2024-cü il hesabatına görə, BYD-nin marka dəyəri 20 faiz artıraraq 12,1 milyard dollara çatıb.
BYD 2023-cü ildəki performansı ilə, ümumi avtomobil satışlarında 10 qlobal marka arasına daxil olmağı bacarıb.
2023-cü ildə 6 qitədə 70-dən çox ölkəyə genişlənən BYD qlobal bazarda ixracını 334 faizdən çox artıraraq təxminən 243 minə çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)






.jpg)







