AccessBank-ın direktoruna Alman-Azərbaycan Xarici Ticarət Palatasında vəzifə verilib
AccessBank-ın İdarə Heyətinin üzvü, Korporativ, KOB və Pərakəndə Bankçılıq üzrə İcraçı Direktor İlkin Quliyev, Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) Maliyyə Xidmətləri İşçi Qrupunun sədri təyin olunub.
Bu barədə Marja-ya Bankdan bildirilib.
Qeyd edilib ki, İlkin Quliyev Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın idarə olunması üzrə bakalavr, Böyük Britaniyanın Nyukasl Biznes Universitetində Bank və Maliyyə üzrə magistr dərəcələrinə yiyələnib, CİMA (Chartered Institute of Management Accountants) sertifikatlarına malikdir.
İlkin Quliyev bankçılıqda 12 ildən çox iş təcrübəsinə malikdir, AccessBank-dan öncə 3 müxtəlif bankda fəaliyyət göstərib və bank sektorunda böyük təcrübəyə malikdir. Onun təcrübəsi bank sektorunun müxtəlif sahələrin, o cümlədən, Beynəlxalq əlaqələr, Xəzinədarlıq, VİP Bankçılıq, AML, Risklərin idarə edilməsi Strateji planlaşdırma və layihələrin idarə edilməsi, Proseslərin optimallaşdırılması, Təşkilati inkişaf və İnsan resurslarının idarə edilməsini əhatə edir.
Maliyyə Xidmətləri İşçi Qrupu AHK Azərbaycanın AccessBank ilə əməkdaşlıq çərçivəsində 10 dekabr 2019-cu il tarixində yaradılıb. İşçi Qrupunun fəaliyyətinin əsas məqsədləri maliyyə bazarında mövcud problemlərin araşdırılması daxil olmaqla, strateji və operativ planlaşdırma, qanunvericilikdəki dəyişikliklər, biznesin idarəedilməsi sahəsində bilik və təcrübə mübadiləsi, maliyyə və nəzarət sahəsinin əsas mövzularına həsr edilmiş tədbirlərin keçirilməsi və müvafiq dövlət qurumları ilə dialoqun gücləndirilməsidir.
İlkin Quliyevin AHK Maliyyə Xidmətləri İşçi Qrupunun üzvlərinə artıq təqdim edilib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 13 saat sonra
-
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















