“PAŞA Bank” və UFAZ-ın birgə təlim sessiyaları sona çatıb

(®) Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” və Fransa-Azərbaycan Universitetinin (UFAZ) Karyera Mərkəzinin əməkdaşlığı çərçivəsində keçirilən “Mühəndislikdə yumşaq bacarıqlar” adlı təlim sessiyaları sona çatıb.
Müxtəlif universitetlərin 3-cü və 4-cü kurs tələbələri üçün nəzərdə tutulan təlimin əsas məqsədi gələcək mühəndislərin peşəkarlığını artıraraq, onları təcrübə proqramları və müsahibələrə hazırlamaq idi.
26, 27 fevral və 1 mart tarixlərində baş tutan sessiyalar zamanı “PAŞA Bank” mütəxəssisləri – Ülviyyə Əzizova, Zaur Məlikov və Cəlal Quliyev tərəfindən tələbələr üçün “Maliyyə”, “Maliyyə hesabatları və Risklərin İdarəedilməsi” kimi mövzuları əhatə edən sessiyalar həyata keçirilib. Həmçinin son sessiyada “PAŞA Bank”ın İnsan resursları departamentinin rəhbəri Zibeydə Hacıyeva, Risklərin idarəedilməsi departamentinin rəhbəri Orxan Vahabov, İşə qəbul şöbəsinin rəhbəri Fidan Hüseynova iştirak edərək tələbələrlə layihə ilə bağlı öz fikirlərini bölüşüblər.
“PAŞA Bank” Rəqəmsal mühəndislik komandasının və İşə qəbul şöbəsinin nümayəndələri IT sahəsində tələbələr üçün maraqlı ola biləcək aktiv vakansiyalarımız və iş imkanları barədə ətraflı məlumat təqdim ediblər. Bundan əlavə, sonda sual-cavab sessiyası edilərək müsahibələr və işə qəbulla bağlı tələbələri maraqlandıran suallar “PAŞA Bank” əməkdaşları tərəfindən cavablandırılıb.
Hər üç sessiyanın sonunda isə təlim mövzuları ilə bağlı onlayn test keçirilib və “PAŞA Bank” komandası tərəfindən qalib olan tələbələrə hədiyyələr təqdim edilib.
Müştərilərin xəbərləri

“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
43 d. əvvəl
"Bir çox sahibkar bu barədə məlumatsızdırlar və risklərin fərqində deyillər
-
-
1 saat əvvəl
Leobank premium Leo Prime Visa kartının alınması prosesini sadələşdirib
-
1 saat əvvəl
Avtobuslarda gediş haqqı məsafədən asılı olaraq dəyişəcək - QİYMƏT AZI 60 QƏPİK OLACAQ
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda istehlak kreditləri biznes kreditlərindən 3 dəfə sürətli artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” “SIBOS 2025” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Metro və avtobuslarda gediş haqqları artırıldı
Ən çox oxunanlar

Azərbaycanın bank sektronda mənfəət sabit qalıb - MƏBLƏĞ

Bank sektorunda son vəziyyət

“PAŞA Bank”ın dəstəyilə “Koroğlu” operası yenidən səhnədə

OPEC+ neft hasilatını daha daartırmağa hazırlaşır

Rəsmi məzənnələr açıqlandı

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
