İKTA radioelektron vasitələrə icazələrin verilməsini asanlaşdırır
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) radiospektr idarəçiliyini həyata keçirən səlahiyyətli orqan olmaqla yanaşı, radiotezliklərdən səmərəli istifadənin təşkili, eləcə də Azərbaycan Respublikasının radiotezlik ehtiyatlarından istifadənin tənzimlənməsində və mühafizəsinin həyata keçirilməsində iştirak edir.
Radiospektr idarəçiliyinin təşkili üçün radiotezliklərdən səmərəli istifadənin təşkili, eləcə də radiotezlik ehtiyatlarından istifadənin tənzimlənməsi və mühafizəsinin həyata keçirilməsi tələb olunur.
Bu məqsədlə radioelektron vasitələrin və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların idxal-ixracı üçün mövcud prosedurların, eyni zamanda mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların xüsusi icazələrinin, uyğunluq sertifikatı olmayan telekommunikasiya vasitələrinin və qurğularının ümumistifadəli telekommunikasiya şəbəkələrində istismarına yol verilməməsinə nəzarət mexanizminin, istismara verilən avadanlıqların qeydiyyatının vahid iş axınında əks etdirilməsi radiospektr idarəçiliyinin əsasını təşkil edir.
Qeyd edilən proseslərin optimallaşdırılması və şəffaflaşdırılması məqsədilə proseslər sadələşdirilib və bunun əsasında “Radioelektron vasitələrə verilən icazələr” adlı elektron xidmət yaradılıb.
Operator və provayderlər, o cümlədən sahibkarlar idxal etmək istədikləri radioelektron vasitələri ilə bağlı sənədləşmə işlərini “bir pəncərə” prinsipi ilə “Radioelektron vasitələrə verilən icazələr” sistemi üzərindən həll etmək imkanı qazanacaqlar. Bu, həm əlavə vaxt itkisinin qarşısının alınmasına, həm də radiotezliklərdən səmərəli istifadənin təşkilinə xidmət edir.
Belə ki, qeyd edilən avadanlıqların ölkəyə gətirilməsini həyata keçirmək istəyən şəxs portala daxil olmaqla ilk olaraq nümunə üçün gətirdiyi məhsulların parametrlərini, qanunvericilikdə nəzərdə tutulmuş digər məlumatları və Akkreditasiyadan keçmiş Sınaq Laboratoriyası (ASL) tərəfindən verilmiş sertifikatları daxil edir. Əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün təqdim edilən sənədlər müvafiq dövlət orqanı tərəfindən müəyyən edilmiş qaydada baxılır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda müvafiq dövlət orqanında sənədlər qeydə alındığı gündən başlayaraq 10 gündən gec olmayan müddətdə əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi haqqında qərar qəbul edilir. Tətbiq edilən iş axını və informasiya sistemi nəticəsində əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi üçün tələb olunan müddət minimuma endiriləcək.
Növbəti mərhələlərdə radiotezliklərin ayrılması üçün elektron müraciətlərin qəbulu da bu sistem vasitəsilə mümkün olacaq. Nəticədə radiotezliklərin, radiovasitələrin səmərəli istifadəsinin təmin olunması üçün istismarın təşkili ilə əlaqədar bütün məlumatların vahid informasiya sistemində toplanılması ilə tamamlanacaq.
Radioelektron vasitələrin idxalı ilə məşğul olan, yaxud bu proseslə maraqlanan fiziki və hüquqi şəxslər “Radioelektron vasitələrə verilən icazələr” sistemi barədə sual və təkliflərlə bağlı İKTA-nın [email protected] elektron poçt ünvanı, yaxud (+99412) 493-38-52 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 16 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
17 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
17 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 17 saat əvvəl
-
18 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək


























