ABB on nominasiyanın onunda da qalib oldu!
ABB 2023-cü ildəki fəaliyyətinə görə Azərbaycan Banklar Assosiasiyasının 10 mükafatına layiq görülüb.
Bank bu nominasiyalar üzrə ABA-nın mükafatlarını qazanıb: “Korporativ sosial məsuliyyət”, “Maliyyə savadlılığı dəstəkçisi”, “Təhsil dəstəkçisi”, “Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”, “Kiçik və orta biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”, “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri”, “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)”, “Özünüməşğulluq proqramında iştirak”.
Qeyd edək ki, “Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi”, eləcə də “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” nominasiyaları üzrə sektorda yeganə nominant məhz ABB olub.
ABB ötən il sosial məsuliyyət proqramı çərçivəsində idmana, ətraf mühitin qorunmasına, təhsil və innovasiyalara dəstək layihələrini uğurla davam etdirib. Əhalinin maliyyə savadlılığının artırılması məqsədilə maarifləndirici layihələr reallaşdırıb. ABB əməkdaşları xüsusilə maliyyə sektorunda data texnologiyalarının tətbiqi ilə bağlı mütəmadi maarifləndirici yazılarla çıxıb ediblər. Universal maliyyə qrupu olan ABB 2023-cü ildə investisiya və sığorta məhsullarını ABB mobile tətbiqi üzərindən hər kəsə əlçatan edib. Bankın ABB-nin istənilən kartını keşbek kartına çevirmək imkanı yaradan “Faydalı keşbek” layihəsi ölkəmizdə nağdsız ödənişlərin stimullaşdırılmasına, rəqəmsal müştəri təcrübələrinin formalaşdırılmasına töhfə verib. ABB ötən il real sektora dəstəyini daha da gücləndirib. O cümlədən kiçik və orta sahibkarlar üçün yeni fürsətlər yaradıb. ABB rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələrində, özünüməşğulluq proqramlarında da fəallıq göstərib. Bank həmçinin ötən il beynəlxalq standartlara uyğun hazırlanmış Dayanıqlı İnkişaf Hesabatını təqdim edib.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 18 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















