"PAŞA Kapital” Xəzər Dəniz Gəmiçiliyinin 50 milyon dollarlıq istiqraz emissiyasını uğurla həyata keçirdi
(®) On ildən artıqdır ki, Bakı Fond Birjasının üzvü kimi fəaliyyətini uğurla davam etdirən "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC anderrayter kimi çıxış etdiyi daha bir emissiyanı uğurla tamamlayıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tərəfindən buraxılan, hər birinin nominal dəyəri 1 000 (min) ABŞ dolları, ümumi məbləği isə 50 000 000 (əlli milyon) ABŞ dolları həcmində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların yerləşdirilməsi 23 ferval 2024-cü il tarixində uğurla başa çatmışdır.
“Bakı Fond Birjası” QSC-nin ticarət platformasında həyata keçirilmiş yerləşdirmədə hərrac zamanı 8 hüquqi və 35 fiziki olmaqla, 43 investor tərəfindən verilmişdir. Yerləşdirmədə bir istiqraz üzrə qiymət 1 000 (min) ABŞ dolları təklif edilməklə, 43 sifariş təqdim olunub. Sifarişlərin ümumi məbləği 50 000 000 (əlli milyon) ABŞ dolları təşkil etmişdir.
Qeyd edək ki, hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi 45,233,000.00 ABŞ dolları (90.47 %), fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi isə 4,757,000.00 ABŞ dolları (9,53 %) olmuşdur.
Xatırladaq ki, ASCO tərəfindən təklif olunan istiqrazlara abunə yazılışı 18 dekabr 2023-ci il tarixindən 23 fevral 2024-cü il tarixinə qədər davam etmişdir.
Buraxılışın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. İstiqrazları abunə yazılışı dövründə əldə bilməyən şəxslər təkrar bazardan əldə edə bilər. ASCO istiqrazları üzrə faiz (kupon) ödənişləri 23 fevral 2024-cü il tarixindən hesablanmağa başlayacaqdır və ildə iki dəfə 6 aydan bir ödəniləcəkdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
11 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























