Gürcüstanda fəaliyyət göstərən şirkət Azərbaycanda həbsdə olan miyarderin payı olduğu bankı aldı
"Bank of Georgia" Ermənistanın ən böyük banklarından biri olan "Ameriabank"ını satın aldığını elan edib. Bu bankın həmtəsisçilərindən biri Azərbaycanda həbsdə olan milyarder Ruben Vardanyandır.Gürcüstanın "Bank of Georgia Group" (BOGG) şirkəti Ermənistanda fəaliyyət göstərən "Ameriabank"ın 100% paylarını əldə etmək üçün şərti müqavilə bağladığını elan edib. Müqavilənin 2024-cü ilin birinci rübündə tənzimləyicilər tərəfindən təsdiqlənəcəyi gözlənilir.
Marja.az BOGG-nin yaydığı məlumata istinadən xəbər verir ki, müqavilənin dəyəri təqribən 303,6 milyon dollar təşkil edir və 31 oktyabr 2023-cü il tarixinə "Ameriabank"ın xalis aktivləri əsasında hesablanıb.
"Ameriabank"ın sahiblərindən biri milyarder Ruben Vardanyandır (sərvəti, "Forbes Real-Time"in məlumatına görə, 1,1 milyard dollar).
İlk öncə Gürcüstan şirkəti "Ameriabank"ın 90%-ni alacaq, 10% Avropa Yenidənqurma və İnkişaf Bankında (EBRD) qalacaq. Sonra səhm sahiblərinin seçim sazişi çərçivəsində BOGG-yə ötürüləcək.
Qrupun bəyanatında deyilir ki, sövdələşmədən sonra BOGG "Ameriabank"ın adının dəyişdirilməsi prosesinə start verəcək.
"Ameriabank" vasitəsilə biz ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olan Ermənistana daxil olmaq niyyətindəyik", - deyə BOGG-nin İdarə Heyətinin sədri Mel Karvill bildirib.
"Ameriabank"ın saytında verilən məlumata görə, hazırda onun əsas səhmdarları "İmast Group "(CY) Limited (48,82%), EBRD (17,71%), Asiya İnkişaf Bankı (13,91%) və ESPS Holding Limited-dir (12,05%). Vardanyan dolayı yolla "İmast Group"da əhəmiyyətli paya sahibdir.
2022-ci ilə qədər Vardanyan Rusiya vətəndaşı olub və "Forbes Rusiya" siyahısında yer alıb. 2022-ci ilin dekabrında Vladimir Putinin fərmanı milyarderin Rusiya vətəndaşlığından imtina etmək barədə ərizəsi qəbul edilib. İndi isə Vardanyan erməni milyarder kimi milyarderlərin "Forbes" qlobal siyahısına daxil edilib.
2022-ci ilin noyabrından 2023-cü ilin fevralına qədər Vardanyan Qarabağda qondarma hökumətə dəstək göstərib. O, sentyabrın 27-də Ermənistana getmək istəyərkən Azərbaycan xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Bakıda terrorçuluğu maliyyələşdirmə, qanunsuz silahlı dəstələrin yaradılması və fəaliyyətində iştirak, habelə sərhədi qanunsuz keçməkdə ittiham olunub və həbs edilib.
"Bank of Georgia Group" Böyük Britaniyanın təsis edilmiş holdinq şirkətidir. Qrupa Gürcüstanda fəaliyyət göstərən bankçılıq və ödənişlər biznesi daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
4 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
5 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
5 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
5 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb











.jpg)











