Azərbaycanın dünyada 3-cü olduğu meyvə – XURMA BAĞI NECƏ SIĞORTA EDİLİR? – ŞƏRTLƏR, TARİFLƏR
Azərbaycanda qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişafı özünü ölkədən xaricə ixrac edilən qeyri-neft məhsullarında da göstərir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən Azərbaycandan ən çox ixrac olunan məhsullardan biri də xurmadır. 2023-cü ildə Azərbaycandan xarici ölkələrə 165 min ton xurma ixrac edilib, ixracın ümumi dəyəri 127,2 milyon dollar təşkil edib.
2022-ci illə müqayisədə xaricə ixrac olunan xurmanın həm miqdarı, həm də ixracdan əldə edilən gəlir artıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2022-ci ilə olan hesabatına görə, Azərbaycan dünyada Çin və Cənubi Koreyadan sonra xurma istehsalçıları və ixracatçıları arasında üçüncü yeri tutur.
Xurmanın böyük ixrac potensialı Azərbaycanda xurma bağlarına marağı artırıb. 2023-cü ilin sonuna olan məlumata görə, ölkəmizdə 13 132 hektar xurma bağı var. Xurma bağlarının böyük hissəsi - 12 774 hektarı ənənəvi üsulla, 358 hektar isə intensiv üsulla salınıb.
Xurma bağları Azərbaycanın bütün regionlarında və demək olar ki, bütün rayonlarında yaradılıb.
Ölkədə ən çox xurma bağları Göyçay (2450 hektar), Şəmkir (1842 hektar) və Ağdaşdadır (1467 hektar). Balakən rayonunda 764 hektar, Goranboyda 762 hektar, Xaçmazda 758 hektar, Ucarda 703, Samuxda 637 hektar, Bərdədə 447 hektar, Ağcabədidə 360 hektar xurma bağı var.
Xurma bağlarının sahəsi sürətlə artır, təkcə ötən il 323 hektar yeni xurma bağı salınıb. Xurma bağı salınmasına tələb olunan investisiyanı, dövlət dəstəyini və bağın gətirdiyi gəlirlərin həcmini nəzərə aldıqda, bu bağların müxtəlif risklərdən qorunması olduqca vacibdir.
Azərbaycanda əkin sahələrinin, o cümlədən meyvə bağlarının dövlət dəstəyi ilə sığortasını təqdim edən Aqrar Sığorta Fondu xurma bağlarını da sığortalayır.
Aqrar sığorta vasitəsilə xurma bağlarını sərfəli şərtlərlə sığortalamaq mümkündür. Aqrar sığorta 50%-lik dövlət dəstəyi ilə təqdii edilir, yəni bağın sığortalanması üçün hesablanmış sığorta haqqının 50%-ni fermerə dəstək üçün onun əvəzinə dövlət ödəyir, fermer isə bu məbləğin yalnız yarısını, cüzi məbləğ ödəməklə bağını sığorta edir.
Aqrar sığorta xurma bağlarını müxtəlif təbii fəlakətlərdən, o cümlədən, dolu, yanğın, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma hallarından, eləcə də ildırım, normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətlərindən sığorta edir.
Sığorta haqqı bağın ölçüsündən, məhsuldarlıqdan, məhsulun qiymətindən və bağın yerləşdiyi region üzrə sığorta tarifindən asılıdır. Azərbaycanın bölgələrinin iqlimi fərqli olduğuna görə, sığorta tarifləri də bölgələr üzrə fərqlidir.
Məsələn, Göyçay rayonunda (mərkəzi Aran regionu – sığorta tarifi 2,18%) yerləşən xurma bağında 1000 manatlıq xurma məhsulunun baza sığorta zərfi üzrə sığota haqqı 21,8 manat təşkil edir. Bu məbləğin 50%-i, yəni 10,9 manat dövlət tərəfindən qarşılandığına görə, fermer cəmi 10,9 manat ödəməklə 1000 manatlıq xurma məhsulunu sığorta edə bilər.
Bu məbləğ Quba-Xaçmaz bölgəsində 12 manat, Şəki-Zaqatala öregionunda 20 manat, Qazax-Tovuz və Gəncə-Daşkəsən bölgəsində 21,8 manat, Dağlıq Şirvan regionunda 14 manat, Mil-Muğan regionunda 10,9 manat, Lənkəran-Astara bölgəsində cəmi 11 manat təşkil edir.
Fermer və bağ sahibləri baza sığorta zərfindən başqa, əlavə ödəniş etməkdə xurma bağının, şaxtavurma (donvurma), doludan keyfiyyət itkisi, eləcə də bitki xəstəlikləri və ziyanvericililər kimi risklərdən də sığorta edə bilərlər. Eləcə də xurma bağının məhsulu ilə yanaşı, bağdakı ağacları da ayrıca sığorta etmək mümkündür. Bu zaman hadisə baş verərsə məhv olmuş ağaca görə, onun 3 illik məhsulunun dəyəri həcmində sığorta ödənişi verilir.
Əkin sahələri və meyvə bağları üzrə sığorta şərtləri, tarifləri, sığorta haqlarının hesablanması qaydası barədə ərtaflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi (www.asf.gov.az) və səhifədəki «Bitkiçilik sığortası üzrə kalkulyator»u vasitəsilə almaq mümkündür.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
- 24 d. əvvəl
- 27 d. əvvəl
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
12 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
13 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 14 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Neft 2 faizdən çox bahalaşıb
Qlobal bazarlar Trampın qərarını gözləyir
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
Ən çox oxunanlar
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb






.jpg)
.jpg)




.jpg)

.jpg)






