“AzerGold” 2024-cü ildən innovativ texnologiyaların geniş tətbiqinə başlayır
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əsas fəaliyyət istiqamətlərindən biri geoloji kəşfiyyat işləridir. QSC-nin 2023-2024-cü illər üzrə hazırladığı geoloji kəşfiyyat strategiyasına uyğun olaraq Səhmdar Cəmiyyət tərəfindən 2023-cü ildə Daşkəsən, Göygöl, Balakən, Kəlbəcər, eləcə də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən sahələrdə aktiv geofiziki və geoloji tədqiqat işləri həyata keçirilib.
“AzerGold”ın yaydığı məlumatyda bildirilir ki, tədqiqat sahələrində perspektivli filizləşmə zonalarının müəyyənləşdirilməsi üçün axtarış-qiymətləndirmə işlərinin 2024-cü ildə də davam etdirilməsi nəzərdə tutulub.
Həmçinin Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq “AzerGold” QSC-yə dövlət sifarişi əsasında 2023-2024-cü illər ərzində ölkədə ümumi geoloji axtarış işlərinin bir hissəsinin icra edilməsi tapşırılıb. Bu məqsədlə Daşkəsən, Göygöl, Kəlbəcər rayonları, eləcə də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda tədqiqat sahələri genişləndirilib, eləcə də Goranboy, Ordubad və Şahbuz rayonlarında geoloji tədqiqatların icrası nəzərdə tutulub. Sözügedən ərazilərdə qısa zamanda ilkin tədqiqat nəticələri əldə etmək üçün 2024-cü ildən innovativ texnologiyaların geniş tətbiqinə başlanılır. Belə ki, cari ildə tədqiqat işlərində qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişləri davam etdiriləcək, eləcə də helikopter və dronlar vasitəsilə aeroelektromaqnetik tədqiqatlar aparılacaq. Bu tədqiqat metodları yer səthində axtarış-qiymətləndirmə işlərinin növbəti mərhələsi üzrə perspektivli tədqiqat sahələrinin müəyyənləşdirilməsinə, beləliklə daha çox vəsait tələb edən buruqqazma işlərinin daha kiçik arealı əhatə edən koordinatlar üzrə aparılmasına imkan verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























