“Təbəssüm” istirahət mərkəzinin yeməkxanası və kotteci yanıb - VİDEO
Lerik rayonunun Sivəkəran kəndində “Təbəssüm” istirahət mərkəzində yanğın baş verib.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, istirahət mərkəzinin ərazisində hər birinin sahəsi 144 m² olan 2 ədəd ikimərtəbəli yeməkxana binasının yanar konstruksiyaları, içərisində olan avadanlıqlar, yaxınlıqda bir-birinə bitişik, ümumi sahəsi 120 m² olan 3 ədəd kotteclərdən sahəsi 34 m² olan bir kottecin yanar konstruksiyaları və digər iki kottecin dam örtüyü yanıb.
Kotteclərin qalan hissəsi və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Lerik rayonunda yanğın baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görə yanğın hadisəsi gecə saat 3 radələrində Lənkəran-Lerik magistralının kənarında yerləşən "Təbəssüm" istirahət mərkəzində qeydə alınıb. Yanğın zamanı ümumi sahəsi 410 kvadratmetr olmaqla, 5 kottec yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Lerikdən 2, Lənkərandan isə 1 texnika və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın səhər saatlarında lokallaşdırılıb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 9 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
14 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
15 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb


























