Rabitəbankda yeni təyinatlar olub
Rabitəbankda korporativ idarəetmənin gücləndirilməsi məqsədilə yeni təyinatlar olub.
Marja.az Banka istinadən xəbər verir ki, Leyla Səlimzadə Komplayens departamentinin direktoru, Elnur Abasov isə Problemli kreditlər departamentinin direktoru təyin ediliblər.
Leyla Səlimzadə bank sektorunda 20 ilə yaxın təcrübəyə malikdir. Peşəkar karyerasına 2005-ci ildə başlayan L.Səlimzadə müxtəlif banklarda yüksək vəzifələrdə çalışıb. O, Rabitəbank komandasına 2022-ci ilin oktyabr ayından qoşulub və yeni təyinatına qədər bankın Maliyyə monitorinqi şöbəsinin rəisi vəzifəsini icra edib.
L.Səlimzadə ADİU-nun “Kommersiya” (Əmtəə bazarı və xidmət sahələrində kommersiya) fakültəsində bakalavr, Qərb Universitenin “Kommersiya” (Reklam işi) fakültəsində isə magistr təhsili alıb.
Elnur Abasov bank sektorunda 15 ildən artıq təcrübəyə malikdir. O, Rabitəbanka 2007-ci ilin sonunda qoşulub və bankda müxtəlif vəzifələri icra edib. 2017-ci ildən indiyədək bankın Problemli kreditlər departamentinin direktor müavini kimi çalışıb.
E.Abasov ADİU-nun “İnformasiyanın işlənməsi və avtomatlaşdırılmış idarəetmə sistemləri” fakültəsi üzrə bakalavr təhsili alıb.
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























