“Birbank” komandası Azərbaycan çempionu oldu
(®) Kapital Bank-ın maliyyə tərəfdaşı olduğu “Breyn Rinq” televiziya layihəsinin 22-ci mövsümü yekunlaşıb. Gənclərin bilik yarışı ilə sınağa çəkildiyi layihənin qalibi və ölkə çempionu adına “Birbank” komandası layiq görülüb.
Hər həftənin bazar günü İctimai Televiziyada yayımlanan layihədə 10 şəhər və 7 universiteti, eləcə də sponsorları təmsil edən 20 komanda çempionluq uğrunda yarışıb. 2023-cü ilin mart ayında start götürən yeni mövsümdə 2 mərhələ oynanılıb. Şərtlərə görə 1-ci mövsümdə “Bilik” kubokunun, 2-ci mövsümdə isə “Nar” kubokunun sahibi bəlli olub. Ötən gün isə “Bilik” və “Nar” kubokunun qalibi olan 2 komanda Azərbaycan çempionu titulu uğrunda mübarizə aparıb.
Xatırladaq ki, layihədə Kapital Bank-ı Azərbaycanın məşhur idman şərhçilərindən ibarət “Birbank” komandası təmsil edirdi. Komandada Gündüz Abbaszadə, Rüstəm Fətəliyev, Süleyman Vəliyev, Şəmsəddin Abbasov, Əhməd Əliyev kimi idman jurnalistləri ilə yanaşı Bakı Ali Neft Məktəbinin tələbəsi Həsən Abbaslı yer alırdı.
Qeyd edək ki, Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq, daim intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. Ölkənin birinci bankı eyni zamanda “Nə? Harada? Nə vaxt?” intellektual klubun da rəsmi tərəfdaşıdır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 49 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün—https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün—https://kbl.az/prcrc.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)







