Azərbaycanda avtomobillərin utilizasiyası fondu yaradılır
Gömrük rəsmiləşdirilməsi və texniki baxış zamanı haqq ödəyəcəksiniz! Avtomobillərin Utilizasiyası Fondu yaradılır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun yaradılması haqqında Sərəncam imzalayıb.
Marja.az xəbər verir ki, Sərəncam, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 14-3-cü maddəsinə və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq qərara alınıb:
Sərəncama əsasən, Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu” yaradılacaq.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.
Sərəncam 2024-cü il fevralın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, Utilizasiya fondu güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılır. Fondun fəaliyyəti əsasən avtomobil sahiblərindən yığılacaq utilizasiyası haqqı hesabına maliyyələşəcəkdir.
Qanuna görə, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödəniləcək. Avtomobil istismara yararsız vəziyyətə çatdıqda, o utilizasiyaya veriləcək və buna görə avtomobil sahibinə birdəfəlik ödəniş veriləcək və yeni yerli avtomobilin alınması üçün güzəşt müəyyən olunacaq. Əgər avtomobil sahibi yerli avtomobil almağı nəzərdə tutmursa, o müəyyən edilmiş güzəşt məbləğindən daha az həcmdə birdəfəlik ödəniş alacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
4 d. əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 11 d. əvvəl
-
1 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
19 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 19 saat əvvəl
-
19 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























