Azərbaycan Atçılıq Federasiyasının prezidenti seçilib

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev növbəti 5 illik müddətə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti seçilib.
Qurumun 2023-cü ilin idman nəticələrinin yekunlarına həsr olunmuş tədbirində prezident, eləcə də vitse-prezidentlər və İdarə Heyəti üzvləri ilə bağlı seçki keçirilib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov və onun müavini Mariana Vasilevanın da iştirak etdiyi 2023-cü ilin yekunlarına həsr olunan tədbirdə əvvəlcə ARAF-nin baş katibi Bəhruz Nəbiyev il ərzində ölkə ərazisində keçirilən tədbirlər, beynəlxalq turnirlərdə iştirak və əldə olunan nailiyyətlər barədə məlumat verib. Federasiyanın fəaliyyət sahələrinə daxil olan hər bir atçılıq idman sahəsi üzrə tədbirlər barədə qısa, hesabat xarakterli videomateriallar təqdim olunub.
Daha sonra il ərzində əldə edilmiş nailiyyətlərə əsasən xüsusi nominasiyalar üzrə qaliblər elan olunub. Qalibləri Çingiz Hüseynzadə, Fərid Qayıbov və Elçin Quliyev təltif ediblər.
Elçin Quliyev göstərilən etimada görə minnətdarlığını bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün idman növlərinə, o cümlədən atçılığa göstərdiyi xüsusi diqqət və qayğısı, atçılığın inkişafı, həmçinin gələcək planlar, xüsusilə komandaların sayının artırılması və atçılığın hər bir növünün ayrılıqda inkişaf məsələləri, federasiyanın qarşısında duran məqsədlər və görüləcək işlər haqqında fikirlərini yığıncaq iştirakçılarına çatdırıb. Federasiyanın prezidenti 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına atçılıq üzrə vəsiqə qazanılmasının əsəs prioritet məsələ olduğunu bildirib.
Daha sonra çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə federasiyanın yeni seçilmiş rəhbər heyətini təbrik edib və ölkəmizdə atçılığın əhəmiyyətindən, gələcəkdə milli atçılığın növü olan çövkən üzrə beynəlxalq yarışların keçirilməsi imkanlarından danışıb. Atçılığın Olimpiya proqramında ən qədim idman növlərindən biri olan dresaj üzrə milli komandanın artıq formalaşmasını yüksək qiymətləndirib.
Gənclər və idman naziri Fərid Qayıbov isə atçılıq idman növünün spesifikliyi, Azərbaycanın bölgələrində də atçılığın inkişafı, yeni zavodların fəaliyyətə başlaması məsələlərinə toxunub. Nazir çıxışının sonunda yeni seçilmiş heyəti təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Elçin Quliyev 2009-cu ildən Azərbaycan Respublikası Atçılıq Federasiyasına rəhbərlik edir.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
8 saat əvvəl
Hindistan ABŞ-ın təzyiqlərinə baxmayaraq, Rusiyadan neft idxalını artıracaq
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
Aqroparkların fəaliyyətinə dair yeni inkişaf konsepsiyası hazırlanacaq
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu bu şəxslərə verildi
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
-
11 saat əvvəl
Həyat sığortası bazarı 17 %, qeyri-həyat sığortası bazarı 7 % böyüyüb
-
11 saat əvvəl
İcbari sığorta bazarı 6 %-ə yaxın, könüllü sığorta bazarı 15 %-ə yaxın böyüyüb
Son Xəbərlər

Naxçıvanda indiyədək 19 sahibkarlıq subyektinə 25 investisiya təşviqi sənədi və 51 təsdiqedici sənəd verilib

ABŞ-da son 2,5 ilin ən güclü iqtisadi artımı qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

BOKT "International” 2 milyon manat cəlb etdi

Neft qiymətləri düşür

Bu idarə Xankəndidə yerləşəcək - FƏRMAN

Avropada BYD, Tesla-nı ötüb

Sabahın hava proqnozu açıqlanıb

“Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib

Sığorta haqları və sığorta ödənişləri - ŞİRKƏTLƏR VƏ SİNİFLƏR ÜZRƏ

"AccessBank"ın işçilərinin sayı 81 nəfər artıb

Azərbaycan şirkəti yaxın zamanda 10G və 50G PON texnologiyalarının tətbiqinə başlayacaq

Azərbaycanın sığorta bazarı 12,5% böyüyüb
