"Bank Respublika"nın xalis mənfəəti 50 faizdən çox artıb

"Bank Respublika" ASC 2023-cü ili 40 milyon 253 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 26 milyon 652 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Bank Respublika"nın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 13 milyon 601 min manat və ya 51% artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2023-cü ildə "Bank Respublika"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 230 milyon 602 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 178 milyon 357 min manat, əməliyyat mənfəəti 52 milyon 245 min manat təşkil edib. Həmçinin, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 253 min manat mənfəətə əlavə edilib. Bank 52 milyon 498 min manat mənfəətindən 12 milyon 245 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Bank Respublika"nın cəmi əməliyyat gəlirlər 177 milyon 824 min manat, cəmi əməliyyat xərcəri 144 milyon 542 min manat, əməliyyat mənfəəti 33 milyon 282 min manat təşkil etmişdi. Ehtiyatdan azad olmuş 2 milyon 781 min manat mənfəətə əlavə edilmişdi. Bank əməliyyat mənfəətindən 9 milyon 410 min manat mənfəət vergisi ödəmişdi.
Ötən il "Bank Respublika"nın gəlirlərinin 52 milyon 778 min manat artmasına qarşılıq, xərcləri 33 milyon 815 min manat artıb. Gəlirlər xərclərindən 18 milyon 963 min manat daha çox artdığı üçün əməliyyat məbləği də bir o qədər yüksək olub.
BANKIN AKTİVLƏRİ 2 MİLYARD MANAT SƏVİYYƏSİNİ DƏ KEÇİB
2023-cü ildə "Bank Respublika"nın cəmi aktivləri 546 milyon 119 min manat və ya 34,4% artaraq 31 dekabr 2023-cü il tarixində 2 milyard 130 milyon 976 min manat təşkil edib.
2023-cü ildə "Bank Respublika"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 211 milyon 668 min manat artaraq 1 milyard 174 min 229 min manata çatıb. O cümlədən, istehlak kreditləri portfeli 23 milyon 143 min manat artaraq 250 milyon 744 min manata, biznes kreditləri portfeli 143 milyon 265 min manat artaraq 801 milyon 381 min manata, ipoteka kreditləri portfeli 45 milyon 261 min manat artaraq 121 milyon 865 min manata qalxıb. Digər kreditlər demək olar ki, dəyişməyərək 239 min manat təşkil edib.
2023-cü ildə "Bank Respublika"da depozitlər 477 milyon 898 min manat artaraq 1 milyard 443 milyon 791 min manata yüksəlib. O cümlədən, fiziki şəxslərin depozitləri 101 milyon 641 min manat artaraq 660 milyon 604 min manata, hüquqi şəxslərin depozitləri 376 milyon 256 min manat artaraq 783 milyon 186 min manata çatıb.
31 dekabr 2023-cü il tarixində "Bank Respublika" 165 milyon 910 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 2 saat sonra
-
- 49 d. sonra
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
1 gün əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
1 gün əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
1 gün əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
1 gün əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb
