“Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəəti kəskin artıb - BANKIN VƏZİYYƏTİ AÇIQLANDI
“Yapı Kredi Bank Azərbaycan” 2023-cü ili 12 milyon mənfəətlə başa vurdu.Yapı Kredi Bank Azərbaycan 2023-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, ötən ili uğurla bitirən Bankın xalis mənfəəti kəskin artaraq 12 milyon manat təşkil edib.
Ötən il ilə müqayisədə Bankın faiz gəlirləri 36% artaraq 36 milyon manat, qeyri-faiz gəlirləri 22% artaraq 23 milyon manat təşkil edib. Ümumilikdə isə, Bankın xalis faiz gəliri 38% artaraq 33 milyon manat olmuşdur.
Maliyyə nəticələrinə əsasən, 2022-ci illə müqayisədə 2023-cü ildə bankın aktivlərinin həcmində 7% artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 515 milyon manat təşkil edib.
Bankın istehlak və biznes kreditlərinə olan müştəri marağı maliyyə göstəricilərində özünü göstərmişdir. Belə ki, keçən ilin sonu ilə müqayisədə bankın ümumi kredit portfeli 23% artmış və 292 milyon manat olmuşdur, biznes kreditləri 12% artaraq 189 milyon manat, həmçinin müştərilərin ehtiyaclarını nəzərə alaraq təklif edilən istehlak kreditləri portfeli 50% artaraq 68 milyon manat olmuşdur. Daşınmaz əmlak üzrə verilən kreditlər isə 55% artaraq 35 milyon manat təşkil edib.
2022-cü ilin göstəricilərinə əsasən Yapı Kredi Bank Azərbaycan Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir. Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 17%, məcmu kapitalının adekvatlıq əmsalı isə 21% olmuşdur. Bankın tutulmalardan sonra məcmu kapitalı 88 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq hər zaman sosial məsələlərə həssas münasibəti ilə seçilən Yapı Kredi Bank Azərbaycan ISO 14001:2015 sertifikatını əldə edən ilk bank olaraq ekoloji göstəriciləri daha da yaxşılaşdırmaq, eləcə də iqlim dəyişikliyi ilə mübarizəyə təkan vermək və ətraf mühitə olan təsiri minimuma endirmək üçün addımlar atmışdır. Bank BMT-nin Qlobal Sazişinin universal prinsipləri əsasında qlobal iqtisadiyyata və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə vermək üçün öz üzərinə mühüm və məsuliyyətli korporativ öhdəlik götürmüşdür.
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin əsas səhmdarı Türkiyənin "Yapı Kredi A.Ş." qurumudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















