Coca-Cola-nın “Yeni İl Karvanı”nın Azərbaycan səfəri başa çatıb
(®) Dünyanın sevilən içki brendi olan Coca-Cola-nın məşhur “Yeni İl Karvanı”nın Azərbaycana səfəri başa çatıb.
Səfər etdiyi şəhərlərdə insanlara bayram sevinci bəxş edən Karvan 25-30 dekabr tarixlərində Gəncə, Qəbələ, İsmayıllı, Lənkəran, Sumqayıt və Bakı şəhərlərinin sakinlərinin qonağı olub.
Coca‑Cola şirkətinin rəsmisi bildirib ki, hər il olduğu kimi bu il də Karvan böyük maraqla qarşılanıb: “Bu il Karvan marşrutunu genişləndirərək 6 şəhərin qonağı olub. Hər getdiyi şəhərdə insanlara musiqili şou, əyləncə və bayram sovqatı aparan Karvan qonaqları üçün bu bayramı da unudulmaz edib”.
Coca-Cola şirkəti bu il Yeni İl kampaniyasının bir hissəsi olaraq Nərgiz Fondunun təşkilatçılığı ilə keçirilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının da tərəfdaşıdır. Yarmarkada sərgilənən Coca-Cola-nın “Şaxta Baba evi” və möhtəşəm şam ağacı isə bayrama xüsusi rəng qatır. Bu tərəfdaşlıq nəticəsində toplanan vəsait isə aztəminatlı ailələrə dəstək üçün istifadə ediləcək.
Xatırladaq ki, 1920-ci ildə Coca‑Cola ilk dəfə olaraq Yeni İl bayramına həsr edilmiş reklam kampaniyasına başlayıb və uzun illərdir Yeni İl Coca-Cola üçün xüsusi önəm daşıyır. Şirkət fəaliyyət göstərdiyi ölkələrdə bayram ərəfəsində bir sıra kampaniyalar və layihələr həyata keçirir. Coca-Cola Azərbaycanda da hər il Yeni İl üçün biri-birindən möhtəşəm kampaniyalar gerçəkləşdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





