Azərbaycanda mülki aviasiya təyyarələrinin istehsalı üzrə işlərə başlanılıb
Azərbaycanda aviasiya mühərrikləri və kiçik mülki aviasiya təyyarələrinin istehsalı üzrə işlərə başlanılıb.
Marja.az xəbər verir ki, "Global Force Technology" şirkətinin nümayəndələrinin sözlərinə görə, şirkət Azərbaycan Respublikası ərazisində aviasiya mühərrikləri və kiçikölçülü mülki aviasiya təyyarələrinin istehsalının yaradılması üzrə layihə hazırlayıb.
Layihənin məqsədi dünyanın ən aparıcı istehsalçıları ilə birgə sənayenin ən son texnologiyalarından istifadə etməklə təyyarə mühərrikləri və kiçikölçülü mülki aviasiya təyyarələrinin istehsalıdır.
"Global Force Technology" şirkəti bu layihənin hazırlanması ilə iki il ərzində məşğul olur və bu müddət ərzində beynəlxalq tərəfdaşlarla bir sıra müqavilələr bağlanıb.
Aparılan bazar tədqiqatları əsasında bu istehsal regionda ilk olacaq və onun həyata keçirilməsi dünya bazarına çıxmağa imkan verəcək. Bu da yüksək texnologiyalı aviasiya məhsullarının istehsalçısı kimi Azərbaycanın imicini artıracaq.
Hazırda layihənin icrası üçün icazə və sertifikatlar almaqla bağlı müvafiq dövlət orqanlarına lazımi sənədlər qeydiyyat olunur.
Qeyd edək ki, "Global Force Technology" şirkəti 2020-ci ildə Azərbaycanda qeydiyyata alınıb. Şirkətin əsas fəaliyyəti aviasiya texnikasına xidmət göstərmək həmçinin komponentlərin və ehtiyat hissələrinin təchizatıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























