ADY bayram günlərində ölkədaxili 13 mindən çox sərnişin daşıyıb
“Azərbaycan Dəmir Yolları”Yeni il tətili ilə əlaqədar əhalinin təhlükəsiz, vaxtında və rahat şəkildə bölgələrə səyahətinin təmin edilməsi üçün “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 31 dekabr tarixindən 7 yanvar tarixinə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
ADY-nin yaydığı məlumatda bildirilir ki, bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə hər gün əlavə reyslər təyin olunub və xətt üzrə 3 mindən çox sərnişinə xidmət göstərilib.
Həmçinin gündəlik qrafik əsasında fəaliyyət göstərən Bakı-Ağstafa-Bakı marşrutu üzrə də sərnişin təlabatının təmin olunması məqsədilə hər iki istiqamətə əlavə 24 reys təyin olunub. Bayram günlərində müvafiq marşrut üzrə 10 mindən çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Ümumilikdə tətil günlərində ADY qatarları ilə ölkədaxili istiqamətlər üzrə 13 314 səfər həyata keçirilib.
Qeyd edək ki, 2023-cü ilin son həftəsində ADY tarixində ilk dəfə sərnişindaşıma xidmətində il ərzində rekord göstərici – 7 milyonuncu sərnişin qeydə alınıb. İsveçrənin “Stadler Rail Group” şirkətindən alınmış müasir qatarların il ərzində istismara verilməsi nəticəsində rəqəmlərdə artan dinamikanın müşahidə olunacağı proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)













