Lüks avtomobil istehsalçısı daha sərfəli qiymət seqmentində avtomobillər istehsal edəcək
Rusiyanın lüks avtomobil istehsalçısı "Aurus" daha sərfəli qiymət seqmentində biznes sinif avtomobillərinin yeni seriyasının istehsalına başlayacaq.
Marja.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini - Sənaye və Ticarət Naziri Denis Manturov bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə satışa başlamaq planlaşdırılır:
"Yeri gəlmişkən, Aurus-a gəldikdə, deyə bilərəm ki, bu gün artıq kütləvi istehsal olunan lüks modellər - "Senat", "Komendant" və MPV mikroavtobusu "Arsenal"dır. Biz daha sərfəli və daha kütləvi satış üçün S, həm də E sinfində modellərin istehsalına başlamağı panlaşdırırıq”.
O, həmçinin qeyd edib ki, gələcəkdə xəttin yolsuzluq avtomobili ilə genişləndirilməsi mümkündür.
Rusiya istehsalı olan avtomobillərə dövlət rəsmiləri, dövlət şirkətlərinin nümayəndələri və əvvəllər Qərb brendlərindən avtomobil almış geniş istehlakçılar arasında tələbat olacağı gözlənilir.
“Düşünürəm ki, "Aurus" avtomobillərini almaq maraqlı və prestijli olacaq”, - Manturov deyib.
2024-cü ilin ortalarına qədər keçmiş Hyundai zavodunun yenidən işə salınması planlaşdırılır
Denis Manturov bildirib ki, 2024-cü ilin ortalarına qədər Sankt-Peterburqdakı keçmiş Hyundai zavodunda avtomobillərin yığılmasına başlamaq planlaşdırılır.
"Hyundai zavoduna gəlincə, biz gözləyirik ki, avtomobillərin yığılması 2024-cü ilin ortalarında başlayacaq", - Manturov bildirib.
Avtomobil konserninin Sankt-Peterburqdakı zavodu 2022-ci il martın 1-dən komponentlərin tədarükü ilə bağlı çətinliklərlə əlaqədar avtomobillərin istehsalını dayandırıb.
Xəbər verildiyi kimi, "Hyundai Motor Manufacturing Rus" avtomobil zavodu əvvəllər "Volkswagen"in Rusiya aktivlərini də alan "Avilon" diler holdinqinə yaxın olan "Art-Finance" şirkətinə simvolik qiymətə satılıb.
Hyundai avtomobil zavodu 2010-cu ildən Sankt-Peterburqda fəaliyyət göstərib. 2022-ci ilin yazına qədər ildə 200 mindən çox avtomobil istehsal edən müəssisə Hyundai Solaris, Hyundai Creta, Kia Rio və Kia Rio X-Line modellərini istehsal edirdi.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
10 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"




















