2023-cü ildə 21 milyarder dünyasını dəyişib - yarısının ən azı 90 yaşı olub
Forbes milyarderlər reytinqinin son versiyasına 2,6 min nəfər daxildir. Onlardan 21-i 2023-cü ildə dünyasını dəyişib. Ölənlərdən ən varlısının sərvətinin 8 milyard dollar olduğu bildirilir. Onların arasında misirli iş adamı, şahzadə Diananın sevgilisinin atası Məhəmməd Əl-Fayed, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni, Intel şirkətinin həmtəsisçisi Qordon Mur və başqaları var.2023-cü ildə 2,6 min nəfərin daxil olduğu Forbes siyahısından 21 milyarder dünyasını dəyişib.
Marja.az xəbər verir ki, onlardan doqquzu ABŞ vətəndaşı olub, üç milyarder Hindistanda, ikisi Malayziyada dünyasını dəyişib. Ölən 21 nəfərdən yalnız biri qadın olub. Bu, Çinin "WuXi AppTec" əczaçılıq şirkətinin həmtəsisçisi Zhao Ningdir. Onun 56 yaşı var idi və son 20 ildə xərçənglə mübarizə aparırdı.
2023-cü ildə ölən milyarderlərin orta yaşı 85 olub. Onların demək olar ki, yarısının ən azı 90 yaşı olub, xüsusən də şahzadə Diananın sevgilisi Dodi Əl-Fayedin atası Misirli milyarder Məhəmməd Əl-Fayedin 94 yaşı var idi. Parisdəki "Ritz" otelinin sahibi idi. Sahibkar həmçinin Londondakı "Harrods"univermağının və "Fulham" futbol klubunun keçmiş sahibi kimi tanınır.
Ən yaşlı ölənlər 95 yaşlı Billi Co Makkombs və 99 yaşlı milyarder investor Warren Baffetin (Uaren Buffet) "Berkshire Hathaway" şirkətinin sədr müavini və səhmdarı Çarlz Munger olub. Makkombs avtomobil dilerləri şəbəkəsinin sahibi idi və həmçinin "iHeartMedia" media imperiyasına çevrilən "Clear Channel" radiostansiyasını qurmuşdur. Milyarderin "Constellis" özəl mühafizə şirkətində də payı olub, lakin o, 2016-cı ildə onu satıb.
Həmçinin son bir ildə ölən milyarderlərdən bəziləri:
- Amerikalı musiqiçi və iş adamı Cimmi Baffet;
- İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni;
- "Intel" şirkətinin həmtəsisçisi Gordon Moore;
- Ashwan Dani, Hindistanın ən böyük boya istehsalı şirkəti "Asian Paints Ltd"nin direktoru. O, həm də ötənilki mərhumların ən varlısıdır- onun sərvəti 8 milyard dollar qiymətləndirilirdi;
- Çikaqonun daşınmaz əmlak maqnatı Sam Zell;
- Birləşmiş Ərəb Əmirliklərində yaşayan hindistanlı iş adamı Mickey Jagtiani, Dubayda yerləşən "Landmark Group"un keçmiş sədri və sahibi. Pərakəndə ticarət ilə də məşğul olub.
Ötən il ölən milyarderlər arasında sonuncu, Dekabrın 27-də ölən Avstriyanın odlu silah istehsalçısı "Glock" və eyniadlı tapançanın baza modelinin konstruktoru Qaston Qlok olub. Onun 94 yaşı var idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı



























