Azərbaycanda valyuta əməliyyatlarının vahid informasiya sistemi yaradılacaq
Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”ni təsdiqləyib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Yeni qərara əsasən, Azərbaycanda rezident və qeyri-rezidentlərin apardıqları valyuta əməliyyatları barədə vahid informasiya sistemi formalaşdırılacaq.
İnformasiya sisteminə Azərbaycan bankları, xarici bankların yerli filialları, milli poçt operatoru, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış hüquqi şəxslər valyuta əməliyyatları barədə məlumatlar təqdim ediləcək. İnformasiya sisteminin saxlanılması və fəaliyyət xərclərini AMB maliyyələşdirəcək. Bu sistemdən istifadə ödənişsiz olacaq və qeyri-iş günləri də daxil olmaqla günün istənilən vaxtı real vaxt rejimində fəaliyyət göstərəcək.
Bundan başqa, informasiya sistemindən istifadə elektron kabinet və/və ya elektron məlumat sorğulama modulu vasitəsilə həyata keçiriləcək. İştirakçılar informasiya sistemindən gücləndirilmiş elektron imza ilə eyniləşdirildikdən sonra elektron kabinet və ya elektron məlumat sorğulama modulu vasitəsilə istifadə edə və digər əməliyyatları həyata keçirə bilər, müştərilər isə AMB-nin Elektron xidmətlər portalında Vahid Giriş Sistemi (“ASAN login”) ilə eyniləşdirildikdən sonra informasiya sistemindən müştərilər üçün məlumat pəncərəsi vasitəsilə özlərinə dair valyuta əməliyyatları barədə məlumatları əldə edə biləcəklər.
Əsasnaməyə əsasən, informasiya sisteminə valyuta mübadiləsi əməliyyatları barədə məlumatlar gələn il martın 1-dən, Azərbaycandan kənara xarici valyutanın köçürülməsi əməliyyatları barədə məlumatlar isə gələn il iyulun 1-dən təqdim ediləcək.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























