Vergi ödəyiciləri üçün yeni nəsil rəqəmsal “Asan İmza” xidməti istifadəyə verilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “BEST Solutions” şirkəti ilə birlikdə elektron SİM əsaslı (eSİM) yeni nəsil gücləndirilmiş mobil rəqəmsal “Asan İmza” xidmətini təqdim edib. eSİM SİM-kart vasitəsilə əldə edilən “Asan İmza”nın elektron formasıdır.
Müasir smartfonların dəstəklədiyi eSİM “Asan İmza” ilkin mərhələdə mobil operatorlardan birinin abunəçiləri üçün nəzərdə tutulub, sonrakı mərhələdə isə digərlərinin abunəçiləri tərəfindən də istifadəsi mümkün olacaq. Yeni nəsil eSİM “Asan İmza” həllinin bir sıra üstünlükləri mövcuddur. Bu həll, ilk növbədə, elektron sənədlərin etibarlı şifrələnməsi və deşifrə olunmasını, müasir kriptoalqoritmlər vasitəsilə təhlükəsizliyi təmin edir. Eyni zamanda, virtual eSİM kartının tətbiqi fiziki SİM-kartın oğurlanması və ya itirilməsi riskini aradan qaldırır.
Smartfonlara quraşdırılan yeni nəsil texnologiyaya əsaslanan eSIM fiziki SİM-kartı əvəz edir. eSİM həllinin üstünlüklərinə yalnız yüksək təhlükəsizlik deyil, həmçinin, ekoloji cəhətdən səmərəli, plastik kartlardan imtina konsepsiyasına uyğunluq və təkmilləşdirilmiş funksionallıq xüsusiyyətləri daxildir. eSİM istifadəçisi telefonunda bir neçə nömrəni aktiv saxlamaq imkanı əldə edir.
Xatırladaq ki, 2024-cü il yanvarın 1-dən vergi ödəyicilərinin məlumatlarının təhlükəsizliyi və mühafizəsinin təmin edilməsi məqsədilə İnternet Vergi idarəsinə (www.e-taxes.gov.az) istifadəçi kodu, parol və şifrə vasitəsilə daxil olmaq imkanı məhdudlaşdırılacaq.
“Asan İmza” “Elektron imza və elektron sənəd haqqında” Qanuna uyğun olaraq, əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir, dövlət və özəl sektorda 2000-dən çox elektron xidmətdə fəal istifadə edilir. Bugünə qədər 3 milyondan çox “Asan İmza” sertifikatı verilib və 300 milyondan çox tranzaksiya icra edilib.
Dövlət Vergi Xidməti həm paytaxtda, həm də regionlarda fəaliyyət göstərən vergi ödəyiciləri üçün keyfiyyətli xidmətlərin göstərilməsinə, vergi ödəyicilərinin məlumatlarının təhlükəsizliyinin təmin edilməsinə və bu sahədə beynəlxalq standartlara riayət olunmasına xüsusi diqqət yetirir. İnternet Vergi İdarəsinə daxil olmağın "Asan İmza" vasitəsilə mümkün olması tələbi də vergi ödəyicilərinin məlumatlarının təhlükəsizliyinə və mühafizə tələblərinə uyğun saxlanılmasına xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















