BOKT “Caspian İnvest” MMC-nin Binəqədi filialı fəaliyyətə başladı - FOTO, VİDEO
BOKT 28.09.2004-cü il tarixində Mərkəzi Bankın 164-QB nömrəli lisenziyasına əsasən fəaliyyətə başlamışdır. Bu illər ərzində BOKT “Caspian İnvest” MMC-nin regionlarda, xüsusi ilə Qarabağ bölgəsində kiçik və orta sahibkarlığın inkişafına dəstək üçün kreditlər ayırmışdır.
2023-cü ilin noyabr ayından etibarən BOKT “Caspian İnvest” MMC-nin təsisçilər və rəhbərliyin dəyişilməsi ilə şirkətdə köklü struktur dəyişikliyi edilmiş və yeni strateji planlamalar hazırlanmışdır.
Şirkət önünə qoyduğu məqsədlərdən birinidə həyata keçirdərək 21 dekabr 2023-cü il tarixində BOKT-un Bakı şəhərində yerləşən ilk filialı olan “Binəqədi” filialının açılışını edib.
Hal-hazırda BOKT-un “Ağdam”, “Füzuli”, “Siyəzən”, “Xaçmaz” və “Binəqədi” rayonlarında yerləşən filiallarında öz peşəkar komandası ilə müştərilərin xidmətindədir.
BOKT “Caspian İnvest” MMC daim müstəri məmnunluğunu təmin etməyə va xidmət keyfiyyətini artırmağa böyük diqqət ayırır. BOKT “Caspian İnvest” MMC tərəfindən təmin olunan məhsul növlərinə biznes kreditləri, lizinq kreditləri, istehlak kreditləri və qızıl təminatlı kreditlər daxildir.
BOKT “Caspian İnvest” MMC-nin İdarə Heyətinin Sədri Salmanov İbrahim Elşən oğlu bildirib: “Növbəti strateji dövrdə BOKT “Caspian İnvest” MMC sahibkarlığa dəstək məqsədi ilə biznes, mikro kreditlərinin payını artırmağı hədəfləyərək, daha sərfəli şərtlərlə müştərilərə xidmət göstərəcək".
Şirkət keçdiyi yola və qarşısındakı gələcəyinə nəzər yetirərək yeni filial açılışını minnətdarlıq hissi ilə qeyd edir və qarşıda duran iddialı məqsədlərinə doğru irəliləməyi səbirsizliklə gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
8 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















