Azərbaycanda bank kartlarının sayında və nağdsız ödənişlərdə böyük artım
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə noyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 355 min ədəd artaraq 16 milyon 565 min ədəd təşkil etmişdir.
Marja.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22.9% artmışdır.
Ödəniş kartlarında artım debet kartları üzrə 23.2%, kredit kartları üzrə 21.2% təşkil etmişdir.
Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 107 min, kredit kartları 381 min, digər kartlar isə 2.5 mln. ədəd artmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artmışdır. 2023-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 4 milyard 990 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 4 milyard 43 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 939 milyon manatı POS-terminallar, 8 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 55.2%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin noyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 2.3%, POS-terminalların sayı 7.5% artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















