Kürdəmirdə SOCAR-ın yanacaqdoldurma stansiyası istifadəyə verilib
Kürdəmir rayonunda “SOCAR” brendli ilk yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.
Atakişili kəndi, Babək küçəsi ünvanında yerləşən yeni yanacaqdoldurma stansiyasının açılışı olub.
Tədbirdə “SOCAR Petroleum”un nümayəndələri çıxış edərək şirkətin strateji inkişaf planından söz açıb, eyni zamanda, SOCAR brendi altında fəaliyyət göstərən YDS şəbəkəsinin aktiv şəkildə genişləndirildiyini vurğulayıblar. Yeni yanacaqdoldurma stansiyasının “Heydər Əliyev İli” çərçivəsində istifadəyə verilən sayca 8-ci YDS olduğu bildirilib.
Qeyd edilib ki, yanacaqdoldurma stansiyasının açılması ilə bərabər 28 yeni iş yeri də yaradılıb.
Yeni istifadəyə verilən YDS-də 4 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Burada “Aİ-92”, “Aİ-95” Premium və “Dizel” markalı yanacaq məhsullarının satışı həyata keçiriləcək. YDS-də nağdsız satış üçün POS-terminallar da fəaliyyət göstərəcək. Həmçinin yeni YDS-də Birbank Visa kartları ilə ödəniş edən müştərilər 5 faiz keşbek qazanacaq.
YDS-də elektromobillər üçün şarj avadanlığı da quraşdırılıb. Yeni quraşdırılmış şarj məntəqəsində eyni vaxtda iki elektromobil şarj edilə bilər.
Hazırda Kürdəmirdə fəaliyyətə başlayan YDS-lə birlikdə ölkə ərazisində SOCAR brendli 58 yanacaqdoldurma stansiyası və 12 neft terminalı sahəsi fəaliyyət göstərir. Xatırladaq ki, onlardan 7-si işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərir. SOCAR brendi ilə fəaliyyət göstərən YDS-lərdə müştərilər üçün bir sıra üstünlüklər, o cümlədən yanacağın həcm dəqiqliyinin yoxlanılması imkanı mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















