Naxçıvan 2024-cü il büdcəsi qəbul olunub
VI çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının səkkizinci iclası keçirilib
Ali Məclis sədrinin müavini Anar İbrahimovun rəhbərliyi ilə baş tutan toplantının gündəliyinə 3 məsələnin müzakirəsi daxil edilib.
Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri İsa İsayev məlumat verib ki, “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” qanununun layihəsi komitənin iclasında redaktə məqsədilə baxılıb və layihə III oxunuşda müzakirə olunması üçün qanunverici orqanın payız sessiyasının növbəti iclasının gündəliyinə salınması üçün təqdim olunub.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov Ali Məclisin plenar iclaslarında büdcə zərfinə daxil olan sənədlərin müzakirələri zamanı deputatların qaldırdıqları sualları cavablandırıb.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 21.1-ci maddəsinə əsasən “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” qanun səsə qoyularaq III oxunuşda qəbul olunub.
Sonra “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (üçüncü oxunuş) ilə əlaqədar Ali Məclisin Sosial siyasət komitəsinin sədri Yeganə Məmmədova məlumat verib. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
S.Məmmədov bildirib ki, istər sessiya, istərsə də komitə iclaslarında deputatlar çox fəal iştirak edib və əhalini narahat edən məsələlərlə bağlı bir çox fikirlər səsləndirilib, hökumətə ünvanlanmış suallar cavablandırılıb və öncəki oxunuşlarda səsləndirilən bəzi problemlər artıq operativ şəkildə öz həllini tapıb. Qaldırılan bir sıra məsələlər, verilən təkliflər baxılması üçün hökumətin nəzarətinə götürülüb. Baş nazir muxtar respublikanın 2023-cü il iqtisadi göstəriciləri, 2024-cü il büdcəsinin gəlir və xərcləri barədə ətraflı məlumat verib.
A.İbrahimov Ali Məclisin üzvləri adından müzakirələrdə fəal iştirak etdikləri üçün hökumət üzvlərinə təşəkkür edərək bildirib ki, büdcə prosedurları ilk dəfə Naxçıvan Muxtar Respublikasında qanuna uyğun olaraq aparılmağa çalışılıb. Ali Məclisin və Nazirlər Kabinetinin ən böyük uğuru büdcə müzakirələrinin ictimai rəyə açıq və tam şəffaf keçirilməsinə başlamaq olub. Bu, hesabatlılıq, şəffaflıq, dövlət başçısının hər birimizin qarşısında qoyduğu əsas vəzifələrdən biridir. Bunun təmin olunmasında yalnız Ali Məclis və hökumət yox, muxtar respublika və ölkə mediasının da töhfəsi olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov qeyd edib ki, Ali Məclisin Daxili Nizamnaməsinin 56-cı maddəsinə əsasən Ali Məclisin xərclər smetası Ali Məclisdə növbəti ilin büdcəsinə baxılarkən təsdiq edilir. Buna müvafiq olaraq “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsi hazırlanıb. Sənəd haqqında Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli məlumat verib. Qərar səsə qoyularaq qəbul edilib.
Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclası öz işini başa çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















