“Veysəloğlu” əməkdaşları üçün mini MBA proqramı başladı
Veysəloğlu Şirkətlər Qrupu liderlərinin bilik və bacarıqlarının artırılması istiqamətləri üzrə təlim-inkişaf proqramlarının həyata keçirilməsi ilə bağlı fəaliyyətini davam etdirir.
Dekabrın 21-də şirkətlər qrupunun 50 əməkdaşı üçün ADA Universitetində mini MBA proqramına start verilib. Universitetlə qarşılıqlı əməkdaşlıq çərçivəsində olan bu təşəbbüs 7 aylıq müddəti əhatə edəcək. Proqramda şirkətlər qrupunun ümumilikdə 150 əməkdaşının iştirakı nəzərdə tutulub.
3 moduldan ibarət olan proqramda liderlik, idarəçilik, kommunikasiya bacarıqları və texniki əsaslı dərslər tədris ediləcək. Dərslər öz sahələrində ixtisaslaşmış yerli və xarici ekspertlərin iştirakı ilə həyata keçiriləcək.
Qeyd edək ki, bu fəaliyyət Veysəloğlu Şirkətlər Qrupu ilə ADA Universiteti arasındakı əməkdaşlıq memorandumuna əsasən həyata keçirilir.
Veysəloğlu Şirkətlər Qrupu əməkdaşlarının çalışdıqları sahələr üzrə bilik və bacarıqlarının artırılmasına davamlı investisiyalar edir. Yalnız bu il ərzində qrupun 80-ə yaxın əməkdaşı müxtəlif sahələr üzrə tanınmış beynəlxalq sertifikat imtahanlarından uğurla keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























