VTB-nin 2024-2026-cı illər üçün strategiyasının əsas hədəfləri müəyyən edilib
Azərbaycanda da törəmə bankı olan Rusiyanın iri maliyyə təşkilatı VTB-nin Müşahidə Şurası Bankın 2024-2026-cı illər üçün strategiyasının əsas məqsədlərini müəyyən edib. Həmçinin Strategiya və korporativ inkişaf departamentinin rəhbəri Vladimir Levykini VTB idarə heyətinin yeni üzvü seçib.
"O, yeni strategiyanın icrasına nəzarət edəcək", bankın açıqlamasında deyilir.
“VTB-nin qarşıdakı üç il üçün əsas inkişaf prioritetləri struktur dəyişikliklərinə və iqtisadiyyatda yeni investisiya dövrünə maliyyə dəstəyi, maliyyə xidmətlərinin keyfiyyətində lider mövqeləri təmin etməklə yanaşı, pərakəndə biznesin miqyasının genişləndirilməsi, eləcə də dost ölkələrlə milli valyutalarda hesablaşmaların dəfələrlə artırılması, texnoloji suverenliyin təmin edilməsi və süni intellektin yeni imkanlarından istifadə edərək qabaqcıl maliyyə məhsullarının, həmçinin rəqəmsal rubl və rəqəmsal maliyyə aktivlərinə əsaslanan xidmətlərin tətbiqi olacaq”, - bankdan bildiriblər.
Strategiyanın icrasının monitorinqinə VTB idarə heyətinin yeni üzvü nəzarət edəcək: Strategiya və korporativ inkişaf departamentinin rəhbəri vəzifəsini tutan Vladimir Levıkin seçilib. VTB-dən bildiriblər ki, kadr qərarı Rusiya Bankı tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Qeyd edilib ki, VTB, eləcə də Rusiyanın bütün maliyyə sektoru üçün 2023-cü il uğurlu olub: "Biz öz biznes modelimizi yenidən qurduq, fəaliyyətimizi Rusiya və dost ölkələrin bazarına yönəltdik, milli valyutalarda işlədik, yeni imkanlar yaratdıq və müştərilərimizin xarici iqtisadi fəaliyyətini təmin etmək üçün xidmətlər göstərdik. Bu ilin sonuna bankın mənfəəti rekord məbləğdə 430 milyard rubla çatacaq".
Bundan əlavə, Müşahidə Şurası VTB-nin biznes planını və 2024-cü il üçün maliyyə-iqtisadi planını, VTB-nin 2024-cü il üçün investisiya proqramını və digər sənədləri təsdiqləyib.
VTB-nin top menecmenti 2024-cü ilin birinci rübünün əvvəlində yeni strategiya təqdim etməyi planlaşdırır.
Bundan əvvəl, VTB Bankda birinci müavin Dmitri Pyanov növbəti üç illik dövr üçün planlarından danışaraq, qrupun 2025-ci il üçün dividendlər ödəyə biləcəyini deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















