Pakistan ilk dəfə Rusiyadan dirhəm ilə taxıl alıb
Pakistan 2023-cü ildə Rusiyadan rekord həddə - 1,4 milyon ton taxıl alıb, noyabrda idxal dollarla deyil, ilk dəfə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dirhəmində ödənilib.
Marja xəbər verir ki, bu barədə media Pakistan hökumətinin məlumatlarına istinadən yazır.
Belə ki, Pakistan payızın sonunda Rusiyadan təxminən 10,6 milyard rubla 377,2 min ton buğda idxal edib. Bu məbləğin böyük hissəsi - 82%-i dirhəmlə ödənilib ki, bu da iki ölkə arasında qarşılıqlı taxıl ticarəti üçün ilk belə hal olub.
Ümumilikdə, Rusiya 2023-cü ildə Pakistana rekord həcmdə taxıl tədarük edib - keçən il bu rəqəm 294 min ton olduğu halda, bu il təxminən 1,4 milyon tona çatıb. Bundan əvvəl, tədarük üzrə rekord il Pakistan şirkətlərinin Rusiyadan 1,2 milyon ton taxılı aldığı 2020-ci il idi.
İki ölkə arasında ticarətin dedollarizasiyası prosesində taxıl daha bir əmtəəyə çevrilib: məsələn, sentyabr ayında Çin yuanı ilə ilk neft tədarükü olub və bütün bu il kömür dirhəmə satılıb. Həmçinin qida, kimyəvi maddələr və gübrə ticarəti də bu valyutalarla aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
4 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























