Azərbaycana elektromobil idxalı 7 dəfə artıb - 111 MİLYON DOLLARLIQ ALIŞ
2023-cü ilin 11 ayı ərzində (yanvar-noyabr) Azərbaycana 111 milyon 47 min dollar dəyərində 2 min 737 ədəd yalnız yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (tam elektromobil) idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə elektromobillərin idxalı say üzrə 2 min 328 ədəd və ya 6,7 dəfə, dəyər üzrə isə 96 milyon 722 min dollar və ya 7,7 dəfə artıb. 2022-ci ilin 11 ayı ərzində Azərbaycana 14 milyon 325 min dollar dəyərində 409 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunmuşdu.
Marja.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2023-cü ilin 11 ayı ərzində Azərbaycana 332 milyon 367 min dollar dəyərində 12 min 749 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən (hibrid) nəqliyyat vasitələri idxal olunub. Ötən ilin eyni dövründə Azərbaycana 134 milyon 603 min dollar dəyərində 10 min 483 ədəd elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunmuşdu. Beləliklə, hibrid vasitələrin idxalı say üzrə 2 min 266 ədəd və ya 21,6%, dəyər üzrə 197 milyon 764 min dollar və ya 2,5 dəfə artıb.
Xəbər verdiyimiz kimi, 2023-cü ilin yanvar-noyabr dövründə (11 ayda) Azərbaycana 1 milyard 522 milyon 373 min dollar dəyərində 88 min 738 ədəd nəqliyyat vasitəsi (avtomobil) idxal olunub. 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 932 milyon 95 min dollar dəyərində 66 min 866 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu. Azərbaycana 2023-cü ilin 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 21 min 872 ədəd və ya 32,7% daha çox avtomobil idxal edilib.
O cümlədən, 2023-cü ilin yanvar-noyabr dövründə 1 milyard 377 milyon 362 min dollar dəyərində 81 min 824 ədəd minik avtomobili idxal edilib.
Hibrid və tam elektrik avtomobillərin cəmi idxal dəyərinin cəmi avtomobil idxalında xüsusi çəkisi 29%-i keçib. Bu nisbət ötən ilin 11 ayının yekununda 16% idi.
Qeyd edək ki, Azərbaycanda yeni elektrik avtomobilləri üçün kredit şərtləri daha yumuşaqdır. Eyni zamanda, ölkəmizdə elektrik enerjisi doldurma məntəqələrinin sayı artdıqca elektrik avtomobillərinin də satışı artır. Elektrik avtomobilinə sahib olmaq günün trendlərindən birinə çevrilməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
20 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
Ən çox oxunanlar
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq




















