Avropa İttifaqı liderləri Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəliblər
Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin liderləri Rusiyaya qarşı almaz ticarətinə qadağa da daxil olacaq 12-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.Brüsseldə keçirilən Avropa İttifaqıı (Aİ) Liderləri Zirvə Toplantısının yekun bəyannaməsinin Rusiyaya qarşı sanksiyalarla bağlı hissəsi jurnalistlərlə paylaşılıb.
Marja.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, Aİ Rusiyaya qarşı sanksiyaları daha da gücləndirmək və onları tam və effektiv şəkildə həyata keçirməkdə qərarlıdır.
"Aİ Şurası 12-ci sanksiya paketinin qəbulunu alqışlayır" deyilən bəyanatda heç bir ölkənin müharibədə Rusiyaya dəstək verməməli olduğu vurğulanıb.
12-ci sanksiya paketinə almaz da daxil olmaqla yeni ixrac qadağaları, Rusiyanın neft gəlirlərini azaltmaq üçün neftin tavan qiymətinin sərtləşdirilməsi tədbirləri və sanksiyalardan yayınma ilə mübarizənin gücləndirilməsi daxildir.
Hələlik tam təfərrüatları açıqlanmayan yeni sanksiyalara yanvarın 1-dən Rusiyadan sənaye təyinatlı olmayan almaz idxalına qadağa da daxildir.
Sanksiyalar Rusiya neftinin qiymət tavanının pozulmasının qarşısını almaq üçün xidmət göstərən şirkətlərə əlavə öhdəliklər müəyyən edir.
Yeni sanksiyaların qüvvəyə minməsi üçün üzv dövlətlərin razılığı tələb olunurdu. Raiffeisen Bank-ın Ukraynanın müharibəyə sponsorluq etdiyi şirkətlər siyahısından çıxarılmasını istəyən Avstriya sözügedən sanksiyalar paketini təsdiqləmirdi.
Aİ indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 11 sanksiya paketi tətbiq edib. Bu kontekstdə Rusiyaya qarşı ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, dəbdəbəli məhsullar, neft, kömür, qızıl daxil olmaqla geniş məhdudiyyətlər tətbiq edilib.
Digər tərəfdən, Aİ ölkələrinin Rusiyadan dəniz yolu ilə daşınan neftə idxal qadağası və 60 dollarlıq tavan qiymət qərarları 5 dekabr 2022-ci il tarixindən qüvvəyə minib. Bu çərçivədə Rusiya nefti üçüncü ölkələrə müəyyən edilmiş qiymətdən yüksək səviyyədə satılarsa, G7 və Aİ ölkələrindəki şirkətlər bu neftin daşınması, sığortası və brokerliyi kimi müxtəlif xidmətlər göstərə bilməz. Bu xidmətləri göstərmək üçün Rusiya nefti tavan qiymətindən aşağı satılmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























