"Qarabağ" UEFA Avropa Liqasının Pley-off mərhələsinə yüksəlib
"Qarabağ" futbol klubu tarixində ilk dəfə UEFA Avropa Liqasının Pley-off mərhələsinə yüksəlib.
Azərbaycan çempionu H qrupundakı altıncı matçında Bakıda İsveçin “Hekken” komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma “köhlən atlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesab erkən qolla açılıb. Azərbaycan çempionunun heyətində Leandro Andrade birinci dəqiqədə komandasını önə keçirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş dördüncü dəqiqədə isə Yassin Benzia baxımlı zərbə ilə ikinci topu qonaqların qapısından keçirib.
İkinci hissədə “Qarabağ” meydanda azlıqda qalıb. Sağ cinah müdafiəçisi Marko Veşoviç birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 90+4-cü dəqiqədə Bədavi Hüseynov topu başla öz qapısına göndərərək fərqin azalmasına səbəb olub. Ancaq qələbə hesabını qoruyan ağdamlılar Azərbaycan futbolunda yeni tarix yazıb. Xallarını 10-a çatdıran komanda ilk dəfə Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.
H qrupunun digər oyununda “Bayer” Almaniyada Norveç “Molde”sini darmadağın edib - 5:1.
Qeyd edək ki, pley-off mərhələsində "Qarabağ" Çempionlar Liqasında öz qrupunu üçüncü pillədə başa vuran komandalardan biri ilə qarşılaşacaq.
Azərbaycan təmsilçisinin potensial rəqibləri aşağıdakılardır:
“Qalatasaray” (Türkiyə)
“Lans” (Fransa)
“Braqa” (Portuqaliya)
“Benfika” (Portuqaliya)
“Feyenoord” (Niderland)
“Milan” (İtaliya)
“Yanq Boyz” (İsveçrə)
“Şaxtyor” (Donetsk, Ukrayna)
"Qarabağ"ın pley-offdakı rəqibi dekabrın 18-də təşkil olunacaq püşkatmada bilinəcək. Bu mərhələnin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.
"Bütün Azərbaycanı təbrik edirəm"
“Azarkeşlərə və futbolçularıma təşəkkür edirəm”.
Bunu "Qarabağ"ın baş məşqçi Qurban Qurbanov UEFA Avropa liqasında İsveç təmsilçisi "Hakken" üzərindəki qələbədən sonra deyib.
Ağdam klubunun baş məşqçisi bildirib ki, gərgin keçən oyunda nizam-intizamı qoruyub saxlamaq mümkün oldu.
"Bütün Azərbaycanı təbrik edirəm"- deyə Qurbanov bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
4 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























