“Naxçıvansığorta” sığorta müqavilələrini “Atəşgah Sığorta”ya ötürəcək
“Naxçıvansığorta” ASC-nin ümumi yığıncağının son iclasında Cəmiyyətin könüllü qaydada ləğvi barəsində yekdil qərar qəbul edilmişdir.
Marja.az xəbər verir ki, bu, “Naxçıvansığorta” ASC-nin Ləğvetmə Komissiyasının yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, bununla bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına sığorta fəaliyyətinə verilmiş 13 may 2022-ci il tarixli lisenziyanın ləğvi barəsində müraciət edilmiş və Mərkəzi Bankın İdarə Heyətinin 06 dekabr 2023-cü il tarixli qərarı ilə Cəmiyyətin lisenziyası ləğv edilmişdir.
"Cəmiyyətin qüvvədə olan bütün könüllü və icbari sığorta müqavilələrinin sığortalıların razılığı alınmaqla “Atəşgah Sığorta” ASC-yə ötürülməsi barədə müvafiq cəmiyyətlə razılıq əldə edilmişdir. Müvafiq müqavilələr üzrə sığortaçının üzərinə düşən öhdəliklər ötürülmə tarixindən etibarən “Atəşgah Sığorta” ASC tərəfindən həyata keçiriləcək.
Cəmiyyət sığortalılar və bütün kreditorlar qarşısında öhdəliklərini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tam və vaxtında yerinə yetirəcəkdir",- məlumatda deyilir.
Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev pr., 4
e mail: [email protected]
Tel.: +99436 550 3999
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)


