“Xalq” Bankının İdarə Heyəti yeni tərkibdə təsdiqlənib
3 illik strateji planın icra müddətinin yekunlaşması ilə ASC “Xalq” Bankının İdarə Heyətinin yeni müddətə tərkibi təsdiq edilib.
Bu barədə Marja.az-a Bankdan bildirilib.
Qeyd edilib ki, 2004-cü ildə təsis edilmiş ASC “Xalq” Bankı ölkənin sistem əhəmiyyətli banklarından biridir. Hazırda Bank əsas maliyyə göstəriciləri üzrə, o cümlədən aktivlər, kredit və depozit portfeli, kapitalının həcminə görə ölkənin ən böyük bankları arasındadır. Bankın İdarə Heyəti tərəfindən 3 illik strategiya planı uğurla icra olunmuş, yüksək nəaliyyətlər əldə edilmiş və planda qarşıya qoyulmuş bütün hədəflərə nail olunmuşdur. Yüksək nəticələr məhsul və xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi, müştəri xidmətinin keyfiyyətinin yüksəldilməsi, yeni rəqəmsal həllərin tətbiqi və inkişaf etdirilməsi sayəsində əldə edilmişdir.
"Bankın yeni tərkibdə İdarə Heyəti 2024-2026-cı illər üçün hazırlanmış strateji inkişaf planına uyğun fəaliyyət göstərəcək. Yeni strategiya bazar mövqeyini gücləndirmək, dayanıqlı inkişaf və artım, sağlam maliyyə vəziyyəti və yüksək əməliyyat gəlirliliyinin təmin edilməsinə əsaslanır. Növbəti mərhələdə də Bank öz fəaliyyətində müştərilərə peşəkar, müasir və rahat bankçılıq xidmətlərinin göstərilməsini, eləcə də müştəri məmnuniyyətinin təmin edilməsini əsas tutmuşdur",- Bnakdan bildirilib.
ASC “Xalq” Bankının İdarə Heyətinin tərkibi ilə buradan tanış ola bilərsiniz.
Hazırda Kamran Nazim oğlu Məcidov İdarə Heyətinin Sədri, Natella Fikrət qızı Şahverdiyeva İdarə Heyəti Sədrinin birinci müavini, Rumiyə Ağa Cəfər qızı Məmmədova İdarə Heyəti Sədrinin müavini, Baş İnformasiya Texnologiyaları İnzibatçısı, Nigar Aqşin qızı Biləndərli İdarə Heyəti Sədrinin müavini, Baş Kommersiya inzibatçısı, Nazim Aydın oğlu İbrahimov İdarə Heyətinin üzvü, Hesablaşmalar Baş İdarəsinin rəisi, Nəbi Məcid oğlu Nəbiyev Udarə Heyətinin üzvü, Baş Maliyyə inzibatçısı, Maliyyə İdarəsinin rəisidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
16 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















